Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi

Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
08.06.2026 20:50

Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib, Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Vilnüsdəki siyasi məsləhətləşmələr iki ölkənin xarici işlər nazirlərinin müavinləri Audra Plepite və Fariz Rzayevin iştirakı ilə baş tutub.

Məlumata görə, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivləri, o cümlədən siyasi, iqtisadi, mədəni və təhsil əlaqələrinin inkişafı, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib.

Avropada və Cənubi Qafqazda geosiyasi vəziyyətə, habelə Azərbaycanın regional proseslərdəki roluna xüsusi diqqət yetirilib.

Litva tərəfi Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyişi alqışlayaraq, regionda uzunmüddətli sabitliyə töhfə verəcək sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.

A. Plepite həmçinin Azərbaycanın energetika sahəsində Ukraynaya dəstəyə verdiyi töhfəni qeyd edərək, Kiyevə ardıcıl və uzunmüddətli dəstəyin həm onun suverenliyinin və ərazi bütövlüyünün qorunması, həm də Avropanın təhlükəsizliyi və sabitliyinin təmin edilməsi üçün zəruri olduğunu vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər