Leyla Əliyeva Omanda səfərdədir

Leyla Əliyeva Omanda səfərdədir
05.01.2026 13:59

Oman Sultanlığı Hökumətinin dəvəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ölkədə səfərdədir.

TodayPress TV xəbər verir ki, Maskat Beynəlxalq Aeroportunda Leyla Əliyevanı Omanın turizm və mədəni irs nazirinin müşaviri Azzan Al Busaidi qarşılayıb.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının turizm və mədəni irs naziri Salim bin Məhəmməd Al Mahruqi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Oman arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, xüsusilə turizm və mədəni irs sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Leyla Əliyeva bu cür görüşlərin Azərbaycan–Oman münasibətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Leyla Əliyeva Azərbaycanın zəngin tarixi-mədəni irsi, turizm potensialı, o cümlədən sağlamlıq, ekoturizm, mədəni və qış turizmi imkanları barədə ətraflı məlumat verib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın tarixi abidələrinin qorunması, bərpası və UNESCO çərçivəsində həyata keçirilən layihələr barədə danışaraq, bu sahələrdə Omanla təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunub.

Söhbət zamanı iki ölkə arasında turist axınının artırılması, turizm qurumları və özəl sektor arasında birbaşa əlaqələrin qurulması, birgə layihələrin və tanıtım tədbirlərinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb.

Salim bin Məhəmməd Al Mahruqi Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirərək, mədəni irsin qorunması və turizmin dayanıqlı inkişafı sahələrində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycanın Oman turistləri üçün cəlbedici istiqamət olduğunu qeyd edərək, qarşılıqlı səfərlərin və rəsmi nümayəndə heyətləri arasında təmasların fəallaşdırılmasını müsbət qiymətləndirib.

Görüşdə gələcəkdə turizm sərgilərində birgə iştirak, media və tanıtım səfərlərinin təşkili, eləcə də mədəni tədbirlər vasitəsilə xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi barədə razılıq əldə olunub.

TodayPress TV

FOTOLAR

Leyla Əliyeva Omanda səfərdədir — 1
Leyla Əliyeva Omanda səfərdədir — 2
Leyla Əliyeva Omanda səfərdədir — 3
Leyla Əliyeva Omanda səfərdədir — 4
Leyla Əliyeva Omanda səfərdədir — 5
Leyla Əliyeva Omanda səfərdədir — 6
Leyla Əliyeva Omanda səfərdədir — 7
Leyla Əliyeva Omanda səfərdədir — 8
Leyla Əliyeva Omanda səfərdədir — 9
XƏBƏR LENTİ
12 AVQUST 2026
Azərbaycan ötən ay gündə 453 min barel neft hasil edib 16:23 Lionel Messi atasının vəfatından sonra ilk dəfə paylaşım edib 17:20 “Tesla” 20 mindən çox avtomobilini geri çağırdı 16:09 Göl qismən qurudu, 200 illik “Ekskalibur” ortaya çıxdı 16:09 Litva Rusiya və Belarus sərhədində xəndəklər qazacaq – Müdafiə hazırlığı gücləndirilir 16:00 Türkiyədə F-16 qəzaya düşdü - VİDEO 16:41 Slovakiyada böyük güləş savaşı: Azərbaycan mundiala 30 idmançı ilə gedir 16:48 29 ştat "Meta"nı məhkəməyə verdi 16:00 "Reuters": İran və ABŞ atəşkəsin uzadılması barədə razılığa gəlməyiblər 15:44 Kolumbiyada üç günlük matəm elan olundu 15:46 Günəşdə partlayışlar baş verəcək 15:34 14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır! 16:05 Səfir: Azərbaycan Vaşinqtondan minatəmizləmə sahəsində dəstək gözləyir 15:28 Ferstappenin möhtəşəm ötməsi Montoyanı heyran etdi 15:48 Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək 15:04 Gənc Xodardan böyük uğur: “Masters”də tarixi yarımfinal! 15:39 Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi 15:22 Günəş tutulması görmə qabiliyyətinə zərər verə bilər 14:54 Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da 14:51 Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 Rulyinin “Mançester Siti” macərası yenidən başlayır! 14:34 ABŞ və İran atəşkəsi uzadır? 13:59 “Sabah”ın Çempionlar Liqasında pley-off oyunlarının vaxtı bəlli oldu 14:24 Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı 13:54 Bütün Xəbərlər