Hikmət Hacıyev: Azərbaycan üçün çoxtərəflilik yalnız sözdə deyil, əməldə vacibdir

Hikmət Hacıyev: Azərbaycan üçün çoxtərəflilik yalnız sözdə deyil, əməldə vacibdir
12.03.2026 16:20

Bəzi iştirakçıların mövcud vəziyyətə görə qatıla bilməməsindən narahat idik, amma bu, olmadı.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Qlobal Bakı Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsində çıxışında deyib.

O, Foruma qatılan hər kəsə təşəkkür edib.

Hikmət Hacıyev çoxtərəflilikdə, sülh və təhlükəsizlikdə ciddi böhranlar olduğunu diqqətə çatdırıb: “Bu, birbaşa Təhlükəsizlik Şurasına, onların mandatına bağlıdır. BMT TŞ-nin qlobal məsələlərin həllində iştirakı çox zəifdir. Azərbaycan üçün çoxtərəflilik vacibdir, yalnız sözdə deyil, əməldə. Biz Qoşulmama Hərəkatına qoşulanda tənqidlər səslənirdi, amma Azərbaycanın sədrliyi imkan verdi ki, Qoşulmama Hərəkatı nüfuz qazansın. Həmçinin Azərbaycanın COP29-a effektiv sədrliyi nəticəsində mühüm qərarlar qəbul edildi. Eyni zamanda Azərbaycan Türk Dövlətləri Təşkilatında da mühüm rol oynamaqdadır. Eyni zamanda biz D8 təşkilatına qoşulmuşuq. Qlobal səviyyədə çoxtərəflilikdə müəyyən siyasi iradənin olmaması bariz şəkildə görünür. Digər tərəfdən, müəyyən çoxtərəfli təşkilatlar tənqidə məruz qalır, çünki hesabatlılıqları yoxdur”.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər