GlobE Şəbəkəsinin 6-cı plenar iclasında konstitusiya və insan hüquqları mövzusu müzakirə edildi

GlobE Şəbəkəsinin 6-cı plenar iclasında konstitusiya və insan hüquqları mövzusu müzakirə edildi
21.05.2025 15:10

2025-ci il 19-23 may tarixlərində Bakı şəhəri Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa ev sahibliyi edir. Bu mötəbər tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edir.   

TodayPress TV xəbər verir ki, ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyir. İclas çərçivəsində yüzdən artıq çıxışın təqdim olunması planlaşdırılır. 

Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə keçirilən Plenar iclasın növbəti sessiyası ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik” ili elan olunması fonunda “Konstitusion və insan hüquqlarını qorumaqla korrupsiyaya qarşı hüquq mühafizə fəaliyyətində texnoloji imkanların səmərəli istifadəsi” mövzusuna həsr olunub.   

ADA Universitetinin hüquq fakültəsinin dekanı Rəşad İbadovun rəhbərliyi ilə keçirilən sessiyada Baş Prokurorluğun nümayəndəsi Tuqay Rəhimli "Konstitusiya və insan hüquqlarının pozulma risklərinin qarşısını almaqda texnoloji vasitələrin rolu" mövzusunda çıxış edib. 

Bununla yanaşı, Milli Aviasiya Akademiyasının eksperti Murad Orucov, eləcə də Papua Yeni Qvineya və Uqandanın nümayəndələri də mövzü üzrə öz baxışlarını təqdim ediblər. 

Sessiya çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində texnoloji yeniliklərin, o cümlədən süni intellektla bağlı olan texnologiyaların tətbiqi müzakirə edilərək bildirilib ki, bu texnologiyaların tətbiqi ilə çoxsaylı üstünlüklər əldə etmək mümkün olsa da, onlarla insan hüquqlarının pozulması riski də yüksəkdir.

Bu səbəbdən sessiyada vurğulanıb ki, Konstitusiyalar insan hüquqlarının əsas təminatçısı olmaqla korrupsiyaya qarşı mübarizə sahəsində texnologiyaların tətbiqi ilə insan hüquqlarının qorunmasını balanslaşdırmağa imkan yaradır.  Bundan başqa, tədbirdə süni intellekt və data analizi da daxil olmaqla qabaqcıl texnologiyaların hüquq-mühafizə orqanlarının fəaliyyətində tətbiqinin artan önəmi qeyd edilib.

Vurğulanıb ki, korrupsiya cinayətləri törədən şəxslərin istifadə etdiyi sxem və mexanizmlər təkmilləşdikcə onlarla mübarizəni effektiv aparmaq üçün bu texnologiyalardan istifadə olunmalıdır. Əks halda, korrupsiyaya qarşı mübarizəni aparan dövlət orqanları korrupsiya cinayətləri törədənlərə münasibətdə hazırlıqsız olacaqlar.   

Qeyd olunanlarla yanaşı sessiyada Konstitusiyanın ali hüquqi sənəd olmaqla qanunun aliliyini təmin etməsi vurğulanmaqla bu sənəddə təsbit edilmiş şəxsi həyatın toxunulmazlığı və ədalətli məhkəmə araşdırması hüquqları, ifadə azadlığı və ayrı-seçkiliyin qadağan olunması müddəalarının insan hüquqlarına olan istənilən müdaxilələr üçün meyarlar müəyyən etməklə sui-istifadələrin qarşısını alması və insanlara texnoloji yeniliklərdən istifadə edilməklə tətbiq edilən müdaxilələrə qarşı öz hüquqlarını müdafiə etmək və müdaxilələri məhkəmə qaydasında mübahisələmdirmək imkanı yaratması qeyd olunub.

XƏBƏR LENTİ
30 IYUL 2026
Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Bütün Xəbərlər