Efiopiya Baş naziri Ələt Azad İqtisadi Zonasında oldu

Efiopiya Baş naziri Ələt Azad İqtisadi Zonasında oldu
27.02.2026 17:08

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin başçılıq etdiyi rəsmi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) olub.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşdə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov nümayəndə heyətinə ƏAİZ-in strateji coğrafi mövqeyi, Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, eləcə də Xəzər hövzəsində formalaşan sənaye mərkəzi kimi artan rolu barədə ətraflı məlumat verib.

Bildirilib ki, azad zona unikal qanunvericilik bazasına malikdir və burada investorlar üçün xüsusi hüquqi rejim tətbiq olunur. Qeyd edilib ki, ƏAİZ-də rezidentlərə istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur, müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri, həmçinin geniş maliyyə və qeyri-maliyyə imtiyazlar paketi təqdim edilir.

Daha sonra ali qonaq azad zona ərazisindəki sənaye mərkəzinin fəaliyyəti ilə tanış oldu.

XƏBƏR LENTİ
31 IYUL 2026
İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 Bütün Xəbərlər