Ceyhun Bayramov Koreya rəsmi ilə görüşdü

Ceyhun Bayramov Koreya rəsmi ilə görüşdü
30.04.2026 17:37

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) hakimi vəzifəsinə Koreyanın namizədi Cin-Hyon Paiki qəbul edib.

TodayPress TV xəbər verir ki bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlər, o cümlədən qarşıdan gələn BƏM hakimi seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Cin-Hyon Paik öz peşəkar fəaliyyəti, beynəlxalq hüquq sahəsində təcrübəsi və BƏM-də prioritet kimi irəli sürməyi planlaşdırdığı istiqamətlər barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq hüququn aliliyinə, çoxtərəfli əməkdaşlığa və beynəlxalq məhkəmə institutlarının rolunun gücləndirilməsinə verdiyi önəmi vurğulayıb. Bu kontekstdə, Azərbaycan tərəfindən BƏM hakimi seçkilərinə hərtərəfli yanaşıldığı və namizədlərin peşəkar keyfiyyətlərinin diqqətlə nəzərdən keçirildiyi bildirilib.

Görüş zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən Cənubi Qafqaz bölgəsində mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

TodayPress TV

FOTOLAR

Ceyhun Bayramov Koreya rəsmi ilə görüşdü — 1
Ceyhun Bayramov Koreya rəsmi ilə görüşdü — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər