Baş Prokurorluğun nümayəndə heyəti Rusiyaya səfər etdi

Baş Prokurorluğun nümayəndə heyəti Rusiyaya səfər etdi
13.03.2026 14:29

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib.

TodayPress TV xəbər verir ki, cari ilin 11-12 mart tarixlərində Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev və Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Mahmud Mehdiyevdən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunan MDB-yə üzv dövlətlərin Baş prokurorlarının Əlaqələndirilməsi Şurasının işçi iclasında iştirak ediblər.

İclasda cari ildə keçirilməsi nəzərdə tutulan Şuranın 36-cı iclasının təşkili ilə əlaqədar məsələlər, bir sıra qərarlarının layihələri, həmçinin qarşılıqlı hüquqi yardım, hüquq-mühafizə qurumları arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi ilə bağlı bir sıra praktik mövzular müzakirə edilib.

Bununla yanaşı, tədbir çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası üzrə ekspert görüşü keçirilib.

Görüşdə geniş təqdimatla çıxış edən Mahmud Mehdiyev ölkəmizdə bu sahədə həyata keçirilən qanunvericilik və institusional islahatlar, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakların müəyyən edilməsi, izlənilməsi, müsadirə edilməsi və müsadirə edilmiş əmlakların idarə edilməsi ilə bağlı formalaşan milli təcrübə, eləcə də bu istiqamətdə regional və beynəlxalq platformalar çərçivəsində tərəfdaşlarla məhsuldar əməkdaşlıq əlaqələri barədə məlumat verib, habelə iştirakçıların sualları cavablandırılıb.

TodayPress TV

FOTOLAR

Baş Prokurorluğun nümayəndə heyəti Rusiyaya səfər etdi — 1
Baş Prokurorluğun nümayəndə heyəti Rusiyaya səfər etdi — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər