Azərbaycan və Ukraynanın XİN başçılarının görüşü baş tutdu - YENİLƏNDİ

Azərbaycan və Ukraynanın XİN başçılarının görüşü baş tutdu - YENİLƏNDİ
25.05.2025 15:50 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər naziri Andriy Sıbihanın başçılıq etdiyi nümayəndə heyətini Ukrayna nazirinin Azərbaycana səfəri çərçivəsində qəbul edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərinə əsaslanan əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən ardıcıl dəstəyi vurğulayan nazir Ceyhun Bayramov, dövlətlər arasında beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

İki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı perspektivlərinin olduğunu qeyd edən tərəflər, Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baхımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edərək, bu kontekstdə qarşılıqlı maraq doğuran mövzular üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son vəziyyət, Ermənistanın bu prosesdə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb.

Ukrayna xarici işlər naziri öz növbəsində Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma, eləcə də humanitar minatəmizləmə sahəsində dəstəyi yüksək qiymətləndirib. Nazir Andriy Sıbiha 28 may - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.


***


12:30


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında geniş tərkibdə görüş başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, danışıqlar siyasi və iqtisadi əməkdaşlıq, ticarət, enerji, nəqliyyat əlaqələri və davam edən humanitar əməkdaşlığı əhatə edir.

Nazirlər, həmçinin beynəlxalq və regional təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər.

XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər