Baş nazir: Nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində davamlı iş aparırıq

Baş nazir: Nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində davamlı iş aparırıq
29.09.2025 16:07

"Beynəlxalq ticarət əlaqələrinin möhkəmləndirilməsində əsas rolu müasir nəqliyyat və logistika infrastrukturunun mövcudluğu oynayır".

TodayPress TV-nin xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.

"Azərbaycan son illər Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi özünü təsdiq edib. Nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində davamlı iş aparırıq və Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına böyük əhəmiyyət veririk. Həmçinin, regionda yaranmış yeni reallıqları nəzərə alaraq, biz Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni Zəngəzur dəhlizi üzrə fəal işləməyə başlayırıq. İqlim Dəyişikliyi ilə bağlı qlobal çağırışlar şəraitində Azərbaycan külək və hidroenergetika da daxil olmaqla yaşıl enerji texnologiyalarına fəal investisiya yatırır. Biz yaşıl enerji sahəsində, xüsusilə Mərkəzi Asiya dövlətləri ilə beynəlxalq əməkdaşlığı inkişaf etdiririk. Bu qarşılıqlı fəaliyyət çərçivəsində bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsinə yönəlmiş əsas sazişlər və memorandumlar imzalanıb", - Əli Əsədov qeyd edib..

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 Bütün Xəbərlər