Bahar Muradova BMT-də Türkiyənin təşkilatçılığı ilə yan tədbirdə çıxış edib

Bahar Muradova BMT-də Türkiyənin təşkilatçılığı ilə yan tədbirdə çıxış edib
22.09.2025 22:21 Xarici siyasət

Dünya mürəkkəb və çoxşaxəli böhranlarla üz-üzədir. Silahlı münaqişələr, iqlim dəyişiklikləri, sürətli urbanizasiya və rəqəmsal təhlükələr cəmiyyətlərin sabitliyini sarsıdır.

TodayPress TV-ınin məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş BMT Baş Assambleyasının Yüksək Səviyyəli İclası çərçivəsində Türkiyənin təşkil etdiyi və Azərbaycanın bir sıra ölkələrlə birgə həmtəşkilatçı olduğu “Birlikdə daha güclüyük: Ailədən qaynaqlanan qlobal həmrəylik” mövzusunda yan tədbirdə çıxışı zamanı deyib.

Bahar Muradova bildirib ki, belə bir dövrdə ən etibarlı dayaq ailədir və Azərbaycan üçün ailə hər zaman yalnız şəxsi həyatın deyil, həm də sosial münasibətlərin, milli həmrəyliyin və ictimai sabitliyin əsas dayağı olub.

“Hazırda ölkəmizdə ailə siyasəti dövlətin inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə uşaq hüquqlarının müdafiəsi, ailə dəyərlərinin gənclər arasında təbliği, sosial rifahın yüksəldilməsi, məişət zorakılığı ilə mübarizə və zərərli rəqəmsal məzmunlara qarşı tədbirlər kimi məsələləri diqqət mərkəzində saxlayır”,- deyə komitə sədri əlavə edib.

O, Azərbaycanın son illərdə həyata keçirdiyi hüququ islahatlar barədə danışaraq bu baxımdan nikah yaşının yalnız 18-dən başlamasını, yaxın qan qohumları arasında nikaha məhdudiyyətlərin tətbiq edilməsini, erkən evlilik və yetkinlik yaşına çatmayanlarla dini nikah bağlanmasına şərait yaradanlara qarşı inzibati və cinayət məsuliyyətinin sərtləşməsini vurğulayıb. Bahar Muradova bildirib ki, Azərbaycan ailə siyasətinə həm milli dəyərlərin qorunması, həm də müasir beynəlxalq standartların tətbiqi prizmasından yanaşır.

O əlavə edib ki, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəklədiyi “Sıfır tullantı” təşəbbüsü yalnız ekoloji layihə deyil, həm də ailə institutunun həmrəylik platforması kimi dəyərlidir.

“Üç əsas istiqamətdə beynəlxalq əməkdaşlığı vacib hesab edirik. Bu ilk növbədə sosial həmrəyliyin möhkəmləndirilməsi – milli səviyyədə atılan addımların qlobal miqyasda paylaşılması ola bilər. Bir digər istiqamət uşaqların qorunması – xüsusilə rəqəmsal dövrdə onların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir. Üçüncü isə, qlobal tərəfdaşlıq – “ailə diplomatiyası” platformalarının qurulması və ən yaxşı təcrübələrin mübadiləsi məsələsidir. Azərbaycan inanır ki, ailəyə göstərilən hər bir dəstək əslində bəşəriyyətə xidmətdir. Güclü ailələr güclü icmalar yaradır, güclü icmalar isə sabit dövlətlərə çevrilir və qlobal sabitlik üçün dayanıqlı zəmin formalaşdırır”,- deyə komitə sədri vurğulayıb.

Tədbirdə Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş və tərəfdaş ölkələrin təmsilçiləri çıxış ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər