Bakıdan İslamabada təşəkkür: Danışıqlardakı rol yüksək dəyərləndirildi

Bakıdan İslamabada təşəkkür: Danışıqlardakı rol yüksək dəyərləndirildi
18.06.2026 20:28
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı ABŞ ilə İran arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşma ətrafında fikir mübadiləsi aparılıb.

Pakistanın danışıqlar prosesində oynadığı mühüm vasitəçilik rolu Azərbaycan adından təqdir olunub, xüsusilə Pakistanın Baş naziri cənab Şahbaz Şərifin, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın, eləcə də Müdafiə Qüvvələri Rəisi feldmarşal Asim Munirin şəxsi töhfələrinin danışıqların uğurla yekunlaşmasında əhəmiyyətli rol oynadığı vurğulanıb. Həmçinin, prosesə dəstək göstərən digər regional tərəfdaşların töhfələri məmnunluqla qeyd edilib.

Tərəflər əldə olunmuş razılaşmanın regionda gərginliyin azaldılmasına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və diplomatik həll yollarının təşviqinə xidmət etdiyini qeyd ediblər.

C. Bayramov növbəti mərhələdə hərtərəfli razılaşmanın əldə olunması istiqamətində aparılacaq danışıqların davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XƏBƏR LENTİ
18 IYUN 2026
DÇ-2026: Çexiya və CAR növbəti mərhələyə çıxmaq şanslarını qorudular 22:03 Küveyt müharibədən əvvəlki səviyyəyə qayıdır - qlobal bazara 2 milyon barrel neft... 22:00 Xameneidən diqqətçəkən etiraf: Memoranduma tərəddüdlə razılıq verdim 21:53 Cəlilabadda faciə: Elektriki “tok” vurub öldürdü 21:09 Neymar həmin matçda oynamayacaq 20:57 Politoloqdan xəbərdarlıq: Tehran regionda sərt reaksiyalarını davam etdirəcək 21:27 Trampın Tehrana qarşı böyük blokadası BİTDİ! - "ABŞ İran gəmilərinə mane olmur" 21:21 Bakıda mühüm sənəd qəbul edildi 20:36 Tramp İrana 300 milyard dollar verəndir? - Təkzib etdi, özü də necə... 21:17 “Yalnız bir cavab alırdıq: “Gedin razılaşın” - İlham Əliyev 21:05 Pezeşkian Qətər Əmirinə təşəkkür etdi 20:23 Azərbaycan–Ermənistan normallaşması Riqada gündəm oldu 20:51 Daha 8 məşhurun narkotik test nəticələri müsbət çıxdı 20:12 Bir "zamok"a görə FHN səfərbər oldu - Bakıda qeyri-adi olay - VİDEO 20:38 Netanyahudan qəti qərar: İsrail ordusu Cənubi Livandan çıxmayacaq - səbəbini açıqladı 20:27 Bakıdan İslamabada təşəkkür: Danışıqlardakı rol yüksək dəyərləndirildi 20:28 Azərbaycan və Latviya arasında strateji dialoqun növbəti iclası keçirildi 20:05 Vens İsveçrəyə nə vaxt gedəcəyini AÇIQLADI 20:15 Uşakov: Türkiyə Ukrayna üzrə danışıqlar üçün platforma təmin etməyə hazırdır 20:00 Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi 19:59 ABŞ və İranın sülh sazişi neft qiymətlərini aşağı saldı 19:36 London Ukraynanı müsadirə olunmuş Rusiya aktivləri ilə silahlandırır 19:20 Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə görüşdü 19:16 Prezident: Bu gün sülh artıq reallıqdır 19:08 İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçiridi 18:54 Bütün Xəbərlər