Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ədliyyə sahəsində əməkdaşlıq proqramı imzalandı

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ədliyyə sahəsində əməkdaşlıq proqramı imzalandı
24.11.2025 14:02

Ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən ikinci Beynəlxalq Ədliyyə Konfransında iştirak edib.

Bu barədə Ədliyyə Nazirliyindən TodayPress TV-yə verilən xəbərə görə, konfrans çərçivəsində nazir Fərid Əhmədov Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri Vəlid bin Məhəmməd bin Saleh Əl-Samni ilə görüşüb.

Görüş zamanı ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə, xüsusilə hüquq və ədliyyə sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulanıb.

Tərəflər, həmçinin ədliyyə sahəsində əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə Əməkdaşlıq Proqramını imzalayıblar. Proqram qeydiyyat, notariat və digər ədliyyə orqanlarında görüşlərin təşkili, qabaqcıl təcrübələrin öyrənilməsi, tədris müəssisələri arasında birgə tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir.

Qeyd edilib ki, 23-24 noyabr tarixlərini əhatə edən konfrans ümumilikdə 40-dan çox ölkədən yüksək vəzifəli dövlət rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin və alimlərin iştirakı ilə keçirilib. Tədbirdə ədliyyə və məhkəmə sistemlərində texnologiyaların gələcəyi, rəqəmsal transformasiya və süni intellektin tətbiqi, qanunvericilik sahəsində müasir yanaşmalar, alternativ mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi və digər aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər