Azərbaycanın BMT-dəki bu çıxışı müzakirə yaratdı - DETALLAR

Azərbaycanın BMT-dəki bu çıxışı müzakirə yaratdı - DETALLAR
18.07.2026 19:10

BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində Azərbaycanın enerji və bağlantılar sahələrində etibarlı tərəfdaş kimi rolundan bəhs olunub.

Xarici İşlər Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, bu barədə 13-17 iyul tarixlərində seqmentdə iştirak məqsədilə Nyu-York şəhərində səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev danışıb.

Nazirlər seqmentində çıxışı zamanı F. Rzayev Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə sadiqliyini təsdiqləyərək Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində əldə olunmuş irəliləyişlərdən bəhs edib. O, Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə "ağıllı" və yaşıl şəhər və kəndlərin qurulduğunu, keçmiş məcburi köçkünlərin mərhələli qayıdışının təmin edildiyini bildirərək humanitar minatəmizləmənin dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Nazir müavini həmçinin Azərbaycanın COP29-a, 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi, eləcə də humanitar yardım və texniki əməkdaşlıq vasitəsilə qlobal dayanıqlı inkişafa verdiyi töhfələri qeyd edib.

BMT Baş Assambleyasının "Gələcək üçün Pakt üzrə mövcud vəziyyətin qiymətləndirilməsi" mövzusunda keçirilmiş qeyri-rəsmi nazirlər iclasında çıxış edən F. Rzayev Gələcək üçün Paktın praktiki icraya, milli prioritetlərə və konkret nəticələrə yönəlməsinin vacibliyini vurğulayıb. İnkişaf etməkdə olan ölkələr üçün maliyyə, texnologiya transferi və bərabər tərəfdaşlığa əsaslanan çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Forum zamanı BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən keçirilmiş tədbirdə çıxış edən F. Rzayev Komissiya və BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) regionda dayanıqlı inkişafın və iqtisadi əməkdaşlığın təşviqində mühüm rolunu vurğulayıb. Nazir müavini ESCAP-ın 82-ci sessiyasının sədri qismində Azərbaycanın bu fəaliyyətə töhfə verməyə davam edəcəyini bildirərək SPECA-nın nəqliyyat, ticarət, rəqəmsallaşma, enerji və innovasiya sahələrində praktiki əməkdaşlığın inkişafına dəstək göstərə biləcəyini qeyd edib.

Daha sonra "Milli Dayanıqlı İnkişaf Məqsədləri: Partlamamış hərbi sursatlar/Mina fəaliyyəti və beynəlxalq hüquqi mexanizmlərdən istifadə edilməklə 2030 Gündəliyinin sürətləndirilməsi" adlı tədbirdə çıxış edən F. Rzayev humanitar minatəmizləmənin ölkəmizdə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edildiyini bildirib və münaqişədən sonra işğaldan azad edilmiş ərazilərdə minaların yaratdığı təhlükələrdən, onun bərpa-quruculuq işlərinə, məcburi köçkünlərin qayıdışına maneələrindən bəhs edib.

Nyu-York şəhərinə səfəri zamanı F. Rzayev həmçinin bir sıra ölkələrin xarici işlər nazirlərinin müavinləri və BMT yanında daimi nümayəndələri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzlərinin təmsilçiləri ilə dəyirmi masa müzakirələrində iştirak edib.

XƏBƏR LENTİ
18 IYUL 2026
İranın hücumu zamanı ABŞ hərbçiləri həlak oldu 21:35 Boksçularımız Gürcüstanda 13 medal qazandılar 21:31 Xamenei: “Düşmən bunu görməməlidir!” 20:56 Xamenei “Böyük Şeytan”ı hədələdi: “Cavab verəcəyik!” 20:49 İranın ballistik raketləri Küveyt qırıcılarını hədəf aldı 20:40 Fransızlar erməni qonaqlarından üzr istədilər - SƏBƏB 20:32 Ramanada yanğın başladı - VİDEO 20:24 Argentina Prezidenti “xurafat”a görə finala getmədi 20:17 Ağır vəziyyətdə xəstəxanaya aparılan uşaq öldü 20:05 Həlak olan hərbçi ilə bağlı yayılan görüntülər haqqında AÇIQLAMA 19:48 ABŞ Rusiyaya “qazmaq istədiyi quyuya düşə bilər” 19:34 Kosmosa “Made in India” çıxdı - VİDEO 19:07 Azərbaycanın BMT-dəki bu çıxışı müzakirə yaratdı - DETALLAR 18:57 Gəmi kapitanının nəşi Azərbaycana yola salındı 19:00 İran ABŞ-ni BƏƏ-ni vurmaqla hədələdi 18:47 İran üç ölkəni vurdu: Küveyt Təhlükəsizlik Akademiyası da hədəfə alındı - VİDEO 18:29 İran ABŞ ilə razılaşmanı dayandırdı - RƏSMİ 18:23 İranın zərbələrindən sonra Küveyt hava limanında izdiham yarandı - VİDEO 18:11 Konqoda Ebola virusundan ölənlərin sayı kəskin artdı 17:46 İranda daha bir şəxs bu səbəbə görə edam edildi 17:45 “Neftçi”nin “Dinamo” ilə oyunlar üçün heyəti müəyyənləşdi 17:23 ABŞ zərbələrindən sonra İranın itkiləri açıqlandı 17:06 Gəncədə çaya yıxılan kişi xilas edildi 16:51 İran ABŞ-la öhdəliklərinin icrasını dayandırdı 16:42 Rusiya Zaporojyedə sərnişin qatarına zərbə endirdi 16:29 Bütün Xəbərlər