Azərbaycan və İran arasında yeni əməkdaşlıq

Azərbaycan və İran arasında yeni əməkdaşlıq
07.08.2026 17:32

İranın idman və gənclər naziri Əhməd Dünyamalinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində İran nümayəndə heyəti əvvəlcə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, daha sonra Şəhidlər Xiyabanı və Zəfər abidəsində Azərbaycanın şəhid övladlarının xatirəsini yad edib.

Daha sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov İranın idman və gənclər naziri Əhməd Dünyamali ilə görüş keçirib.

Görüşdə gənclər və idman sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.

Görüşün sonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında 2026–2028-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalanıb.

Səfər çərçivəsində İran nümayəndə heyətinin Bakıda bir sıra idman qurğuları ilə tanış olacağı bildirilib.

FOTOLAR

Azərbaycan və İran arasında yeni əməkdaşlıq — 1
XƏBƏR LENTİ
07 AVQUST 2026
İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır? 17:57 SON DƏQİQƏ: Rusiya Odessada futbol stadioununu vurdu, bir nəfər yaralandı - VİDEO 17:59 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir 17:51 Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü! 17:40 Hava ilə bağlı XƏBƏRDARLIQ 17:37 Azərbaycan və İran arasında yeni əməkdaşlıq 17:27 Avropa "qovrulur" - Həyat iflic oldu 17:22 Namik Ələskərovun “Zirə” macərası başa çatdı! 17:04 Təqaüdçüləri aldadıb pullarını mənimsədi 17:01 Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 Bütün Xəbərlər