Azərbaycan və BƏƏ media əməkdaşlığı müzakirə olundu

Azərbaycan və BƏƏ media əməkdaşlığı müzakirə olundu
11.12.2025 23:15
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Media Bürosunun və Media Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin Butti Al Hamed arasında görüş keçirilib.

TodayPress TV xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında media və kommunikasiya sahəsində əməkdaşlığın mövcud vəziyyətinə toxunaraq informasiya və təcrübə mübadiləsinin genişləndirilməsinin, media subyektləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. O, sözügedən institusional tərəfdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin səmərəliliyini artıracağını diqqətə çatdırıb.

Birləşmiş Ərəb Əmirliklərinin Milli Media Bürosunun və Media Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin Butti Al Hamed BƏƏ-də media siyasətinin prioritet istiqamətləri, rəqəmsal transformasiya və beynəlxalq media əməkdaşlığı çərçivəsində reallaşdırılan təşəbbüslər barədə məlumat verib. O, Azərbaycan ilə media və kommunikasiya sahəsində əlaqələrin inkişafını yüksək qiymətləndirərək, qurulan əməkdaşlığın hər iki ölkə üçün yeni imkanlar açacağını bildirib.

Görüşdə informasiya və təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran təşəbbüs və layihələr üzrə əməkdaşlıq, görüşlərin, seminarların, təlimlərin və konfransların təşkili məsələləri müzakirə olunub.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər