Asiyanın gələcəyini müzakirə edəcəklər – Bakı kritik görüşə ev sahibliyi edəcək

Asiyanın gələcəyini müzakirə edəcəklər – Bakı kritik görüşə ev sahibliyi edəcək
22.07.2026 23:12

Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin inzibati binasında Azərbaycan Respublikasının Sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib.

TodayPress TV-yə bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Komitənin iclasında Azərbaycan Respublikasının "Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf" mövzusunda AQEM Sədrliyi çərçivəsində üzv dövlətlər arasında etimadın gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılmış fəaliyyətlər müzakirə olunub.

Sədrlik tərəfindən AQEM-in beynəlxalq təşkilata transformasiyası gündəliyi üzrə gedən inkişaflar, o cümlədən müvafiq Nizamnamə layihəsi üzrə aparılan danışıqlar çərçivəsində irəliləyişlər barədə məlumat təqdim edilib və üzv dövlətlərin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb.

İclasda cari ildə Bakı şəhərində keçiriləcək AQEM Zirvə Görüşünə hazırlıq məsələləri, habelə Azərbaycan Sədrliyi tərəfindən təklif olunan Zirvə Görüşünün mümkün yekun sənəd layihələri üzrə ilkin müzakirələr baş tutub.

Bundan əlavə, Komitənin gündəliyinə uyğun olaraq AQEM Katibliyinin tərkibi və strukturunun inkişafı, onun beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi ilə bağlı məsələlər, eləcə də Konfransın müxtəlif əməkdaşlıq ölçüləri üzrə prioritet istiqamətlərlə bağlı konsepsiya sənədləri müzakirə olunub.

AQEM məkanında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən onun institusional inkişafı, bu çərçivədə irəli sürülmüş təşəbbüslər və baş tutmuş tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb.

FOTOLAR

Asiyanın gələcəyini müzakirə edəcəklər – Bakı kritik görüşə ev sahibliyi edəcək — 1
Asiyanın gələcəyini müzakirə edəcəklər – Bakı kritik görüşə ev sahibliyi edəcək — 2
XƏBƏR LENTİ
23 IYUL 2026
Aİ-dən təcili çağırış: Bu marşrutlardan uzaq durun! 00:46 Rusiyadan Azərbaycana sifariş verənlərin DİQQƏTİNƏ! Çatdırılmalar dayandırılır 00:15 İki gündür xəbər yoxdur - Gənc çoban və 85 baş heyvan müəmmalı şəkildə itdi - FOTO 00:09 İran dronlarının yaxınlaşması Ərbildə həyəcan yaratdı - VİDEO 23:43 NTV-də mühüm kadr dəyişikliyi: Vəzifəyə o gətirildi - FOTO 23:25 Asiyanın gələcəyini müzakirə edəcəklər – Bakı kritik görüşə ev sahibliyi edəcək 23:08 “Biz edə bilmiriksə, heç kəs edə bilməz” - Qalibaf 22:39 İran bu ölkələri vurmaqla hədələdi - “Heç kim kənarda qalmayacaq” 22:46 Ukraynada yeni baş komandan artıq iş başındadır 22:35 Putinin çevrəsində baş verir? - Zelenski elə şeylər dedi ki… 22:16 Xalq artisti İsraildə dəfn olundu 22:06 UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo"ya məğlub oldu - VİDEO 20:11 İran Küveytə 4 şərt qoydu - SİYAHI 21:49 Ağdamda alov mina sahəsinə çatdı: Ard-arda partlayışlar başladı - VİDEO 19:07 Trampın elçiləri Zelenski ilə görüşdü - TƏCİLİ 21:05 Epşteynin ehtimal olunan şəriki ölü tapıldı 20:38 Rusiyanın zərbələri Ukraynanın dəniz ticarətinə daha bir zərbə vurdu 20:26 Məxfi məlumatlarla bağlı saziş imzalandı 20:06 “İnstagram” çökdü 19:53 Krasnodar sakinlərinə TƏCİLİ xəbərdarlıq: “Evdən çıxmayın!” 19:48 Tramp: “Bunu heç kim istəmir” 19:39 MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir təşkil etdi 19:15 İsrail naziri: “Türkiyə ilə müharibə sabah başlaya bilər” 19:01 Paşinyandan Almaniya kanslerinə təcili zəng - Nə danışıldı? 18:52 ABŞ-dən sonra növbəti xəbərdarlıq İrandan gəldi 18:37 Bütün Xəbərlər