“ASAN xidmət” BMT-nin sessiyasında müzakirəyə çıxarıldı

“ASAN xidmət” BMT-nin sessiyasında müzakirəyə çıxarıldı
15.04.2026 13:40

13-17 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

TodayPress TV xəbər verir ki, məqsəd Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York şəhərində yerləşən mənzil qərargahında İqtisadi və Sosial Şuranın Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 25-ci sessiyasında iştirakdır.

Səfər çərçivəsində Dövlət Agentliyi və BMT-nin müvafiq departamentinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında 2024-cü il 11 noyabr  tarixində imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq naminə dövlət xidmətlərinin göstərilməsində mükəmməllik” mövzusunda tədbir baş tutub.

Tədbirə BMT-yə üzv dövlətlərin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər şəxsləri, üzv dövlətlərin BMT yanında daimi nümayəndələri və müavinləri, beynəlxalq təşkilatların rəsmiləri, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvləri və akademik dairələrin nümayəndələri olmaqla ümumilikdə 120-yə yaxın iştirakçı qatılıb.

Əsas məqsəd “ASAN xidmət”də tətbiq olunan innovativ həllər, “ASAN xidmət indeksi” qiymətləndirmə sistemi barədə  məlumatın verilməsi, həmçinin BMT-yə üzv dövlətlərin nümayəndələri tərəfindən dövlət xidmətləri sahəsində həyata keçirilən təşəbbüslər barədə təcrübə mübadiləsinin həyata keçirilməsi olub.

Azərbaycan Republikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev dövlət xidmətlərinin göstərilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında “ASAN xidmət” modelinin xüsusi əhəmiyyətini qeyd edib. “ASAN xidmət” təcrübəsinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü və  BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində ölkəmizin təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamənin qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua tədbir iştirakçılarına ünvanladığı müraciətində “ASAN xidmət” modelinin dövlət xidmətlərinin keyfiyyətinin artırılmasında nümunəvi təcrübə olduğunu vurğulayıb. Eləcə də, o, Töhfə Sazişinin icrası çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib və az inkişaf etmiş, dənizə çıxışı olmayan inkişaf etməkdə olan və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin müvafiq istiqamətlər üzrə potensialının artırılmasında verilən töhfəyə və göstərilən dəstəyə görə Azərbaycan Respublikasına təşəkkürünü bildirib.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş “ASAN xidmət” modeli və “ASAN xidmət indeksi” qiymətləndirmə sistemi barədə geniş təqdimat edib. O, “ASAN xidmət indeksi” qiymətləndirmə mexanizminin şəffaflığın, səmərəliliyin və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edib. Bununla yanaşı, müvafiq mexanizmin BMT-yə üzv digər dövlətlərdə də tətbiqi istiqamətində əməkdaşlığa hazır olunduğunu diqqətə çatdırıb və hazırda “ASAN xidmət” təcrübəsinin bir sıra ölkələrdə uğurla tətbiq olunduğunu vurğulayıb.

Tədbir çərçivəsində  BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru, BMT-nin İqtisadi və Sosial Məsələr üzrə Departamentinin bölmə rəhbəri, İslam Əməkdaşlıq Təkilatının BMT yanında daimi müşahidəçisi, Özbəkistanın, İndoneziyanın, Pakistanın, Keniyanın və Efiopiyanın BMT yanında daimi nümayəndələri və müavinləri, Macarıstanın Dövlət İdarəçiliyi və Regional İnkişaf Nazirliyinin dövlət katibinin müavini, eləcə də BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 25-ci sessiyasının sədri çıxış ediblər.  

Çıxışçılar ölkəmizin dövlət xidmətləri sahəsindəki qabaqcıl təcrübəsinin paylaşılmasının qlobal səviyyədə faydalı olacağını vurğulayıblar.

Dövlət Agentliyinin nümayəndə heyətinin Nyu Yorka səfəri davam edir.

TodayPress TV

FOTOLAR

“ASAN xidmət” BMT-nin sessiyasında müzakirəyə çıxarıldı — 1
“ASAN xidmət” BMT-nin sessiyasında müzakirəyə çıxarıldı — 2
“ASAN xidmət” BMT-nin sessiyasında müzakirəyə çıxarıldı — 3
“ASAN xidmət” BMT-nin sessiyasında müzakirəyə çıxarıldı — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər