Zelenski Rusiya şirkətlərinə yeni sanksiyalar tətbiq etdi

Zelenski Rusiya şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
21.02.2026 15:23

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşları və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edən fərmanlar imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

Fərmanlara əsasən, Rusiya hərbi-sənaye kompleksinə xidmət göstərən 46 Rusiya vətəndaşı və 44 Rusiya şirkəti məhdudiyyətlərə məruz qalıb. Bu şirkətlər Rusiya ordusu üçün avadanlıq, elektron müharibə sistemləri və ehtiyat hissələri istehsal edən və təmir edən müəssisələr kimi müəyyən olunub.

Bundan əlavə, məhdudiyyətləri pozaraq Rusiyaya təyyarə hissələri və komponentlərinin tədarükündə iştirak edən iki İran vətəndaşına da sanksiyalar tətbiq edilib.

Siyahıda Rusiya neft məhsullarının ixracında iştirak etdiyi iddia edilən 225 dəniz gəmisi kapitanı da yer alıb. Onların arasında Rusiya, Hindistan və Filippin də daxil olmaqla 11 ölkənin vətəndaşları var.

Qeyd edək ki, Volodimir Zelenski müntəzəm olaraq Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edir. 16 fevralda o, on rusiyalı idmançıya, 8 fevralda isə bir sıra xarici şirkətlərə və Rusiya maliyyə sektorunun nümayəndələrinə məhdudiyyətlər tətbiq etmişdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Əbülfəz Elçibəyin doğum günüdür 09:57 Böyük səfər: Fon der Leyen Bakının qapılarına nə üçün gəlir? 09:42 Bakının iki rayonunda işıq olmayacaq 09:39 Dünyanı təhdid edən qorxulu problem Bakıya çatdı – Nə edəcəyik? 09:27 Burun çəpərində əyrilik nə zaman problem yaradır? Səbəblər və həll yolları 09:23 Enerji birjasında dalğalanma davam edir - Neft neçəyə təklif olunur? 09:20 Şimali Kiprin spikeri Azərbaycanda səfərdədir 08:57 DÇ-2026: Kolumbiya Konqonu məğlub etdi 08:44 İranın ən məşhur adamı Bakıda 08:35 Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz… 08:34 İran Azərbaycana ağız açdı - Gözlər Bakıda 08:30 Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur 08:06 Qan təzyiqini aşağı salmağın qeyri-adi ÜSULU 22:27 Soyuq hava axını bəzi xəstəlikləri kəskinləşdirə bilər: Sərinkeşdən istifadə qaydaları 22:23 Çin zooparkında uzunqulağı boyayıb zebra kimi təqdim etdilər 22:25 Çində ultrabənövşəyi şüaları əks etdirən nanoipək hazırlandı 22:17 Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi 22:15 Günəş qasırğası Yer kürəsini elektrik enerjisiz və internetsiz qoya bilər 22:13 DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirdi 02:03 Sabah bu ərazidə QAZ olmayacaq 23:38 Bu rayonlarda işıq OLMAYACAQ 23:35 Ermənistan Ukraynanın bərpası forumunda: Moskva ilə gərginlik fonunda yeni mesaj 01:11 Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçildi 22:49 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq 21:27 Sumqayıtda 196 sürücü saxlanılıb - SƏBƏB - VİDEO 23:12 Bütün Xəbərlər