Yunanıstanda Polşa vətəndaşı casusluq şübhəsi ilə saxlanıldı

Yunanıstanda Polşa vətəndaşı casusluq şübhəsi ilə saxlanıldı
14.03.2026 05:11

Yunanıstanın Krit adasındakı Suda-Bey hərbi-dəniz bazası yaxınlığında casusluqda şübhəli bilinən 58 yaşlı Polşa vətəndaşı saxlanılıb.

TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, həmin şəxs cümə axşamı Xanya şəhərində həbs edilib.

Rəsmilərin məlumatına görə, şübhəli şəxs istefada olan Polşa hərbçisidir. Bildirilib ki, o, bazanın yaxınlığındakı Marati çimərliyinin yanında dayanmış ağ furqonda yaşayıb. Avtomobilə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları kriminalistlər tərəfindən araşdırılacaq noutbuk, yaddaş kartları və planşet aşkar ediblər.

Qeyd olunub ki, saxlanılan şəxsin mobil telefonunda bazada olan hərbi gəmilərin fotoşəkilləri tapılıb.

Müstəntiqlər hesab edirlər ki, fayllar Polşadakı bir şəxsə göndərilmiş ola bilər. Şübhəli şəxs özü bildirib ki, şəkilləri bacısına göndərib, çünki onun orduda xidmət edən əri gəmilərlə maraqlanır.

Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşının Yunanıstanda saxlanılmasını təsdiqləyib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər