Yaponiya on qram torpaq üçün Marsa aparat göndərir

Yaponiya on qram torpaq üçün Marsa aparat göndərir
27.06.2026 06:00

Marsın peyki Fobosdan torpaq nümunələri toplamaq üçün nəzərdə tutulmuş yapon kosmik aparatı Taneqasima adasındakı kosmodroma çatdırılıb və buraxılışa hazırlıq mərhələsindədir.

TodayPress TV xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, missiyanın 2026-cı ilin payızında ağır "H3" daşıyıcı raketi vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Marsa qədər olan uçuş təxminən bir il davam edəcək. MMX (Martian Moons eXploration) missiyasının kosmik zondu 2027-ci ildən 2030-cu ilə qədər Marsın təbii peykləri olan Fobos və Deymosu tədqiq edəcək.

Qurğunun eniş aparatı Fobosa eniş edərək oradan ən azı 10 qram torpaq nümunəsi götürməlidir. 2031-ci ildə isə zondun içərisində torpaq nümunələri olan kapsulu Yer kürəsinə çatdırması gözlənilir.

Bu kosmik missiya Qırmızı planetin peyklərinin mənşəyini aydınlaşdırmaq məqsədilə hazırlanıb. Tədqiqat çərçivəsində Fobosa kiçikölçülü özüyeriyən modulun endirilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, 2019-cu ilin fevralında Yaponiyanın "Hayabusa-2" zondu Ryuqu asteroidindən süxur nümunələri götürmüşdü. 2020-ci ilin dekabrında isə aparat nümunələrin olduğu kapsulu Avstraliyadakı poliqona çatdırmışdı. Bundan sonra zond başqa bir asteroidi öyrənmək üçün yeni ekspedisiyaya yola düşmüşdü.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Kosmosun sərhədində yaranan gümüşü buludların sirri açıldı 23:00 Yaponiya on qram torpaq üçün Marsa aparat göndərir 22:58 Alimlər kökün ömrü uzatdığını sübut etdilər 22:56 Tətildə "rəqəmsal detoks": Psixoloqdan vacib xəbərdarlıq 22:54 Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı 22:42 Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO 21:24 Ayda nüvə elektrik stansiyası tikəcəklər 21:22 Ağ Evdən gözlənilməz qərar: İranla danışıqlar davam edəcək 00:05 Yanacaq böhranı məşhur şirkəti çətin qərar qarşısında qoydu 21:49 600 milyon dollarlıq narkotik yandırıldı 21:16 Venesuelada dəhşətli zəlzələ: 50 mindən çox insan itkin düşdü 22:00 Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA 21:58 Azərbaycan şahmatçıları iki qızıl medal qazandılar 21:30 Ermənistan ordusunun hərbi qulluqçusu ölüb 22:52 İsrail və Livan arasında çərçivə sazişi imzalandı - VİDEO 22:46 Tramp Avropanı tariflərlə HƏDƏLƏDİ 22:22 İran FIFA-ya xəbərdarlıq etdi: "Komandanı dərhal meydandan çıxaracağıq" 22:37 Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi 22:18 Xidmət rəisi “neqodnı” olan vətəndaşlara çağırış etdi 22:14 Hakan Fidan: Müdafiə sənayesi artıq NATO üçün strateji prioritetdir 21:53 Konfrans Liqası: "Zirə"nin hakim təyinatları açıqlandı 22:02 "Turan Tovuz" onunla yeni müqavilə imzaladı 21:19 Səfərbərlik Xidməti rəisi fəaliyyətin əsas istiqamətlərini açıqladı 21:38 Əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA 21:33 Gürcüstan parlamentinin iclasında dava düşdü - VİDEO 21:08 Bütün Xəbərlər