ÜST rəhbəri Avropadakı istilərlə bağlı xəbərdarlıq etdi

ÜST rəhbəri Avropadakı istilərlə bağlı xəbərdarlıq etdi
28.06.2026 20:00

Hazırda Avropada 150 milyon insan həddindən artıq isti şəraitdə yaşayır, yüzlərlə insan ölüb, təhsil müəssisələri bağlanıb.

TodayPress TV-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Avropada istiləşmə digər qitələrdə olduğundan iki dəfə sürətlə baş verir:

"İqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindən əvvəllər bir nəsildə bir dəfə baş verən istilik dalğaları indi demək olar ki, hər il baş verir. Bizə xəbərdarlıq edilmişdi".

ÜST rəhbəri vurğulayıb ki, 21 iyundan bəri Avropada əvvəlki rəqəmlərlə müqayisədə 1300 ölüm halı daha çox qeydə alınıb ki, bu da yüksək temperaturla bağlıdır.

Qebreyesus bildirib ki, ÜST ekstremal istilərin yaratdığı sağlamlıq təhdidlərini aradan qaldırmaq üçün üzv dövlətləri və tərəfdaşları ilə birgə çalışır və hazırlığa, profilaktikaya və səhiyyə sisteminin reaksiyasının gücləndirilməsinə diqqət yetirir.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Putin: Rusiya ordusu Slavyanska 8-9 kilometr məsafədədir 23:23 Evdən yaşlı qadın meyiti tapıldı 19:36 Cüdoçularımız Avropa Açıq Turnirində 4 medal qazandılar 23:09 Almanlar bu səbəbdən gecə həyat tərzinə keçirlər 18:29 Türkiyə XİN: İsrail Qəzzadakı cinayətlərin diqqətdən yayınmasına çalışır 22:49 Yayın ortasında 5 metr QAR YAĞDI 19:10 Nurlan Paşayev "Amber Oars" beynəlxalq turnirində qızıl medal qazandı 22:37 Montella ilə bağlı qərar verildi: Dəyişikliklərə gediləcək 19:05 Cüdoçularımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşdi 22:23 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 17:28 Rusiyada yanacaq qəhətə çıxdı - vətəndaşlar bir-birini "yandırır - VİDEO 21:40 "Formula 1" Avstriya Qran-prisinin qalibi o oldu 18:59 ABŞ-İran danışıqları təxirə salındı 21:26 CHP-dən kütləvi istefa iddiasına cavab gəldi 18:57 İsrailin qondarma “soyqırımı” tanıması İranda bayrama çevrildi - Anti-Azərbaycan qüvvələri "onlayn"da 21:18 Putindən yanacaqla bağlı etiraf: Hər zaman tapmaq mümkün olmur 20:55 Livanın cənubunda silahlı toqquşma: İsrail zabiti öldürüldü 18:34 Superkompüter Dünya Kubokunun favoritini açıqladı 20:40 Putin partiya üzvlərinə: Kabinetlərdə və messencerlərdə az oturun 19:33 Netanyahu Ərdoğanın sözlərinə reaksiya verdi 20:30 Şamaxıda sel həyatı iflic etdi: Sakinlər çayı traktorla keçir - VİDEO 20:25 Silah anbarlarının tikintisində İranın təcrübəsindən istifadə edəcəklər 18:27 Qarabağdan və Suriyadan sonra Ukraynada rus tankları darmadağın edildi - İmperiyanın dəmir gücü oyuncağa döndü 20:14 ÜST rəhbəri Avropadakı istilərlə bağlı xəbərdarlıq etdi 18:12 İsrail qondarma "erməni soyqırımı"nı tanıdı, erməni Paşinyan dəliyə döndü - Bakı nə reaksiya verəcək? 19:58 Bütün Xəbərlər