Ukraynalı jurnalist İlham Əliyevə belə təşəkkür etdi
Ukraynalı jurnalist Dmitri Qordon Şuşada keçirilən Qlobal Media Forumunda göstərilən qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib və Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
TodayPress TV xəbər verir ki, Qordon çıxışında Prezident İlham Əliyevin müdrikliyini və Ukraynaya, eləcə də ukraynalılara humanist münasibətini yüksək qiymətləndirib.
“İlham Əliyevə müdrikliyinə və Ukraynaya, ukraynalılara göstərdiyi insani münasibətə görə təşəkkür etmək istəyirəm”, - deyə o bildirib.
Jurnalist Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında uzun illərdən sonra öz torpaqlarını geri qaytardığını vurğulayaraq, bunu Ukrayna üçün də “möhtəşəm nümunə” adlandırıb.
Qordon eyni zamanda Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirib.
Kübra Musayeva