Ukraynada məmur maaşları artdı: 60 min...

Ukraynada məmur maaşları artdı: 60 min...
25.07.2025 11:22

2025-ci ilin iyun ayında Ukraynanın mərkəzi dövlət orqanlarında orta aylıq əməkhaqqı 59,6 min qrivna (təxminən 2,955 Azərbaycan manatı) olub.

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" agentliyi ölkənin Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bu, ötən ilin iyun ayı ilə müqayisədə cəmi 9,2% artım deməkdir. Halbuki həmin dövrdə inflyasiya 14,3%-ə çatıb.

Əməkhaqqı artımı inflyasiyanı qarşılaya bilmədiyi üçün məmurların real gəlirləri azalıb.

May ayına olan məlumata görə, Ukraynada rəsmi orta əməkhaqqı 20 355 qrivna (1,010 Azərbaycan manatı) təşkil edib və bu, illik 18,5% artım deməkdir. Beləliklə, məmur maaşları ölkə üzrə orta göstəricidən üç dəfə çoxdur.

Ən yüksək maaş alan dövlət qurumları isə bunlardır:

Enerji və kommunal xidmətlər üzrə dövlət tənzimləmə komissiyası – 100,6 min qrivna

Korrupsiyanın qarşısının alınması üzrə milli agentlik – 96,3 min qrivna (4,780 AZN)

Antiinhisar Komitəsi – 90,1 min qrivna (4,470 AZN)

Ali Rada Aparatı – 86,5 min qrivna (4,285 AZN)

Nazirlər Kabinetinin Katibliyi – 80,2 min qrivna (3,980 AZN)

Rəhbərlərin maaşları isə daha yüksəkdir. Belə ki, orta hesabla rəhbər vəzifəli şəxslər ayda 128 min qrivna (6,350 Azərbaycan manatı) maaş alır.

Ən yüksək rəhbər maaşı alan qurumlar isə bunlardır:

Korrupsiya Agentliyi – 245,6 min qrivna (12,175 AZN)

Mərkəzi Seçki Komissiyası və Hesablama Palatası – 206,4 min qrivna (10,240 AZN)

Dövlət Kosmik Agentliyi – 193,2 min qrivna (9,580 AZN)

Enerji üzrə Tənzimləyici Komissiya – 191 min qrivna (9,475 AZN)

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dövlət qulluqçularının maaş sistemində vahid yanaşmaların tətbiqini nəzərdə tutan qanunu imzalayıb. Bu qanunla maaşların özəl sektordakı analoji vəzifələrin 70–90%-nə qədər artırılması planlaşdırılır.

Töhfə Səməd


XƏBƏR LENTİ
09 AVQUST 2026
Rusiya Ukraynanın enerji damarına ZƏRBƏ VURDU - Ciddi dağıntılar var 20:40 Həkim olmaq istəyənlər üçün MÜHÜM XƏBƏR 20:25 HƏMAS-dan şərt: Atəşkəs üçün bu addımlar atılmalıdır 19:55 Rusiya Suriyadakı hərbi bazalarını itirir - SON DƏQİQƏ 19:37 Neft Terminalındakı yanğınla bağlı TƏBİB HƏRƏKƏTƏ KEÇDİ 19:02 Neft Terminalındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ 16:36 ABŞ PUA-sı Cibutidə yerə çırpıldı - VİDEO 18:49 Gecə şəhəri səsə boğan motosikletçilərə qarşı əməliyyat keçirildi 18:44 Çayda itkin düşən gəncdən xəbər var 18:19 Kür çayında yeniyetmə qız itkin düşdü - Fövqəladə Hallar hərəkətə keçdi 17:54 Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ! Avqustun 10-da… 17:22 Müctəba Xameneinin görüntüləri köhnə imiş 17:12 Hövsan susuz qaldı 16:51 Sabah çimərliklərdə hava necə olacaq? 16:02 "Milan" Leandro Paredesə rəsmi təklif göndərdi! 15:32 Müctəba Xamenei və Pezeşkian nəyi müzakirə etdilər? - DETALLAR 15:26 Husilər Moxa limanını raket ATƏŞİNƏ TUTDU! 15:04 Azərbaycanın basketbolçu qızları Norveçə ŞANS VERMƏDİ 14:20 Çingiz Əlioğlu vəfat etdi 14:16 "Hazırda danışıqlar aparmırıq" - Əraqçi 13:53 BTQ Ümumdünya Yerli Xalqlar Günü ilə bağlı paylaşım edib 13:26 Sumqayıtda yaşayış binasında YANĞIN: 6 sakin təxliyə olundu 12:53 Sabah Bakıda hava necə olacaq? 12:50 Müctəba Xamenei aylar sonra ÜZƏ ÇIXDI -VİDEO 12:31 Tehrandakı alışqan zavodunda YANĞIN – VİDEO 12:00 Bütün Xəbərlər