Ukrayna yeni maliyyə proqramı çərçivəsində raketlər alacaq

Ukrayna yeni maliyyə proqramı çərçivəsində raketlər alacaq
18.09.2025 11:17

Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemləri və “HIMARS” raket sistemləri üçün raketlər alacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü məlumat verib.

ABŞ Prezidenti Donald Tramp administrasiyası Kiyevə silah yardımı paketlərinə ilk dəfə olaraq sentyabrın 16-sı razılıq verib.

Zelenskinin sözlərinə görə, Ukrayna indiyə qədər ABŞ istehsalı olan silahlar üçün NATO-nun rəhbərlik etdiyi "Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı" (PURL) mexanizmi vasitəsilə 2 milyard dollardan çox maliyyə təmin edib. O bu məbləğin oktyabr ayında 3,5 milyard dollara çatacağını gözlədiyini bildirib.

NATO müttəfiqləri ümumilikdə Ukraynaya 10 milyard dollar dəyərində silah təqdim etməyi planlaşdırırlar.

Ukrayna lideri bildirib ki, hər biri 500 milyon dollar dəyərində olan ilk iki paketi “Patriot” və “HIMARS” raketləri əhatə edəcək. Bu açıqlamanı o, Avropa Parlamenti Prezidenti Roberta Metsola ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında verib.

NATO-nun Ukraynadakı baş nümayəndəsi vurğulayıb ki, PURL mexanizmi çərçivəsində maliyyələşdirilən 4 paket artıq yoldadır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp uzun müddətdir, Ukraynaya hərbi yardım üçün xərclənən milyardlarla dolları tənqid edir. PURL təşəbbüsü Avropaya silahların pulunu ödəməyə, ABŞ-yə isə həmin silahları göndərməyə imkan yaradır.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin siyasət üzrə müavini Elbric Kolbi bu yeni mexanizm çərçivəsində iki 500 milyon dollarlıq göndərişi təsdiqləyib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Zelenski qışla bağlı həyəcan təbili çaldı: “Heç biri salamat deyil” 23:14 Cəlilabadda güclü partlayış: transformator alışıb yandı - VİDEO 00:58 Dünyanın ən yaşlı prezidenti yoxa çıxdı 23:18 Kanadada sakinlər helikopterlə təxliyə edildilər - DƏHŞƏTLİ MƏNZƏRƏ 23:53 Türkiyə Qara dənizin qapılarını açdı: Tankerlər hərəkətə keçdi 23:22 Azərbaycan müharibə vaxtı İrana necə kömək edib? - “2 saat çəkmədi ki…” 22:36 Trampın qolf klubuna iki təyyarə yaxınlaşdı: F-16-lar təcili müdaxilə etdi - VİDEO 22:48 Trampdan İranla bağlı müəmmalı çıxış: “Səssiz hərəkət edirik” 22:28 İran Hörmüz boğazında qaydaları dəyişdi: Bu gəmilər keçə bilməyəcək 22:24 İranda nə baş verəcəkdi? Pezeşkian ölkəsi ilə bağlı dəhşətli planı açıqladı 21:57 Sərnişinlərin DİQQƏTİNƏ: 11 avtobusun dayanacağı dəyişir 21:43 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 21:23 Tramp İranla nüvə sazişi qarşılığında bunu istəyir - Siyasi “alver” 21:05 Rusiya Ukraynanın enerji damarına ZƏRBƏ VURDU - Ciddi dağıntılar var 20:40 Həkim olmaq istəyənlər üçün MÜHÜM XƏBƏR 20:25 HƏMAS-dan şərt: Atəşkəs üçün bu addımlar atılmalıdır 19:55 Rusiya Suriyadakı hərbi bazalarını itirir - SON DƏQİQƏ 19:37 Neft Terminalındakı yanğınla bağlı TƏBİB HƏRƏKƏTƏ KEÇDİ 19:02 Neft Terminalındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ 16:36 ABŞ PUA-sı Cibutidə yerə çırpıldı - VİDEO 18:49 Gecə şəhəri səsə boğan motosikletçilərə qarşı əməliyyat keçirildi 18:44 Çayda itkin düşən gəncdən xəbər var 18:19 Kür çayında yeniyetmə qız itkin düşdü - Fövqəladə Hallar hərəkətə keçdi 17:54 Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ! Avqustun 10-da… 17:22 Müctəba Xameneinin görüntüləri köhnə imiş 17:12 Bütün Xəbərlər