Ukrayna Rusiyanın qulağını dağıtdı - Kosmik rabitə mərkəzi darmadağın edildi - VİDEO

Ukrayna Rusiyanın qulağını dağıtdı - Kosmik rabitə mərkəzi darmadağın edildi - VİDEO
22.06.2026 14:25

Bu gün Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Moskva vilayətində yerləşən “Dubna” kosmik rabitə mərkəzinə zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Obyekt ərazisində güclü tüstülənmə müşahidə olunur. Zərərin miqyası dəqiqləşdirilir”, – məlumatda bildirilir.

Açıqlamada qeyd olunur ki, Ukrayna hərbçiləri Luqansk vilayətinin Debaltsevo rayonu ərazisində pilotsuz uçuş aparatları operatorlarının hazırlanması üçün istifadə olunan poliqonu, eləcə də Donetsk vilayətinin Mirnoqrad və Perebudova rayonlarında PUA idarəetmə məntəqələrini vurub.

Həmçinin Rusiya ərazisində, Belqorod vilayətinin İlek-Penkovka rayonu və Donetsk vilayətinin Pokrovsk istiqamətində komanda-müşahidə məntəqələrinin məhv edildiyi bildirilib.

Bundan əlavə, Ukrayna ordusu Zaporojye vilayətinin Vasilyevka rayonu yaxınlığında Rusiya ordusunun qoşun və təminat daşımaları üçün istifadə etdiyi avtomobil körpüsünün də vurulduğunu açıqlayıb.

“Əlavə məlumatların təhlili nəticəsində iyunun 21-də Krasnodar diyarında yerləşən “Qafqaz” limanının infrastrukturuna və iki avtomobil bərəsinə zərbə endirildiyi təsdiqlənib. Bu obyektlər Ukraynanın cənub bölgələrindəki Rusiya qüvvələrinin təminatı üçün istifadə olunur”, – Baş Qərargahın məlumatında qeyd olunur.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Qara dənizdə yeni plan: Rumıniya hərbi gəmilər inşa edəcək 11:07 Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! 11:31 Ay tutulması yaxınlaşır: Azərbaycanda cəmi 32 dəqiqə görünəcək 10:56 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 11:34 16 yaşlı qızın toyunun qarşısı alındı 10:46 Ərdoğan: "Məkkə ittifaqına başqa ölkələr də qoşula bilər" 10:26 Superkubok şoku! Enrike PSJ-nin məğlubiyyətinə səbəb göstərdi 10:31 UFC-də zəfər! Maxaçev İen Qerrini məğlub edərək seriyanı uzatdı 09:46 FHN 46 nəfəri xilas etdi 09:58 Rodri “Barselona” yolunda! Transferin məbləği açıqlandı 09:44 Hindistan Məbədində izdiham: 7 nəfər öldü, onlarla yaralı var 09:54 “Arsenal”da möhtəşəm başlanğıc: Kalafyori 58 illik rekordu yenilədi! 09:42 İndoneziyada güclü zəlzələ oldu 09:50 Mauro İkardi üçün İtaliya variantı: “Latsio” ulduz hücumçunu istəyir! 09:39 Belqoroda raket hücumu: 6 nəfər öldü, yaralananlar var 09:37 Bürünc medaldan sonra yeni ünvan: Maykl Mur yeni klubunu seçdi! 09:29 Aİ Rusiyaya qarşı ən sərt sanksiya paketini hazırlayır 09:27 Avrokuboklar səbəbilə Premyer Liqada iki matçın taleyi dəyişdi! 09:20 Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı 09:33 NBA rekordçusu Uestbruk karyerasını gözlənilmədən başa vurdu! 09:22 Hörmüzdə gizli neft oyunu: Dünya bazarı böhrandan necə qorunur? 23:57 Bir avtomobilə 40 milyon dollar verdilər – Dünya rekordu qırıldı 23:52 Avropanın mikroölkəsində qadınlar da taxta çıxa biləcək 23:45 Uzun müddət ac qalmaq kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ 23:40 HƏMAS silahı yerə qoysa, İsrail Qəzzadan geri çəkiləcək - Sülh Şurası 23:37 Bütün Xəbərlər