Türkiyə 41 xarici universitetin diplomlarını tanımayacaq

Türkiyə 41 xarici universitetin diplomlarını tanımayacaq
16.07.2025 06:34

Türkiyə Fətullah Gülənin “Paralel Dövlət” (FETÖ) terror təşkilatı ilə bu və ya digər şəkildə əlaqəsi olan 41 xarici ali təhsil müəssisəsinin diplomlarını tanımır.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvar bildirib.

Onun sözlərinə görə, həmin universitetlərin diplomlarının Türkiyədə heç bir halda nostrifikasiyası (tanınması) mümkün deyil.

“Qadağaya ABŞ, Albaniya, Avstriya, Bosniya və Herseqovina, Gürcüstan, İraq, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Polşa və digər ölkələrdəki ayrı-ayrı universitetlər daxildir”, – deyə E. Özvar qeyd edib. O bildirib ki, bəzi hallarda qadağa yalnız FETÖ ilə əlaqəli şəxslərin dərs dediyi kafedra və ya bölmələrə şamil olunur.

Ali Təhsil Şurasının rəhbəri əlavə edib ki, xaricdə bu cür kafedra və institutların sayı 13-dür. Nümunə olaraq ABŞ-ın Hyuston Universitetindəki Gülən İnstitutunu göstərib.

O, Türkiyəli gənclərə xaricdə təhsil üçün müraciət etməzdən əvvəl “turkiye.gov.tr” saytına daxil olaraq həmin ali təhsil müəssisəsinin Türkiyədə tanınıb-tanınmadığını yoxlamağı tövsiyə edib.

XƏBƏR LENTİ
22 IYUN 2026
Qətərin ən böyük qaz müəssisəsində partlayış baş verdi - FOTO 00:02 Yamal Мessini geridə qoydu 22:20 Ermənistanda seçki mübahisəsi: Konstitusiya Məhkəməsi işə baxacaq 23:09 Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO 23:06 "Neftçi" kapitanlarla bağlı qərar verdi 21:34 Tehran Vaşinqtona şərt qoydu: Tramp üzr istəməyənə qədər danışıq olmayacaq 22:41 Ədən körfəzində gərgin anlar: tanker son anda ələ keçirilməkdən qurtuldu 20:01 "Qarabağ"dan növbəti transfer 21:24 DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəldi 22:08 Günəşdə güclü partlayış baş verdi 18:43 Moskvada güclü yanğın baş verdi: 60 nəfər təxliyə edildi 21:57 Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO 20:24 Voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurdu 21:21 ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu 20:21 Trampın İran strategiyası: blokada, məhdud zərbələr və iqtisadi təzyiq 21:19 Qalibaf Trampın təhdidlərinə cavab verdi: "Bəyanatlarınıza fikir verin" 20:58 İran heyəti Trampın təhdidlərindən sonra danışıqlar məkanını tərk etdi 20:56 Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi BƏLLİ OLDU 15:33 "Hizbullah"dan Livana ÇAĞIRIŞ: Danışıqlara son verin 20:27 ABŞ-da təyyarə qəzası: 3 İsrail vətəndaşı öldü 20:05 Şirvanda açıq ərazidə yanğın baş verdi - VİDEO 20:18 Hindistanda fabrikdə ammonyak sızması nəticəsində yeddi nəfər öldü 18:32 Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandılar 19:26 Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI 16:42 Trampdan sərt tənqid: “Starmer iki əsas məsələnin öhdəsindən gələ bilmədi” 19:03 Bütün Xəbərlər