Tailand və Kamboca 72 saatlıq atəşkəs elan etdi
Tailand və Kamboca 27 dekabr tarixindən etibarən 72 saatlıq atəşkəs barədə birgə bəyanat imzalayıblar.
TodayPress TV xəbər verir ki, atəşkəs yerli vaxtla saat 12:00-da qüvvəyə minib.
Tailand tərəfi həmçinin əsirlikdə olan 18 Kamboca əsgərinin azad ediləcəyini bildirib.
Birgə bəyanatda tərəflər Kamboca–Tailand sərhədi boyunca yaşayan əhalinin sülh, sabitlik və təhlükəsizliyinin təmin olunmasına sadiq olduqlarını vurğulayıblar. Sənəd Kamboca Müdafiə Nazirliyinin sözçüsü Mali Soçita tərəfindən açıqlanıb.
Bəyanat Tailand və Kambocanın müdafiə nazirləri tərəfindən imzalanıb. Kuala Lumpurda keçirilən görüşdə ASEAN nümayəndələri müşahidəçi qismində iştirak ediblər.
Türkan İsgəndərli