Serbiyada intensiv yağışlar daşqınlara səbəb oldu

Serbiyada intensiv yağışlar daşqınlara səbəb oldu
29.03.2026 23:20

Serbiyada intensiv yağışlar Şumadiya, Maçva və Zlatibor inzibati dairələrində lokal xarakterli daşqınlara səbəb olub.

TodayPress TV xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Hallar Sektorunun əməkdaşları son 24 saat ərzində sözügedən ərazilərdə daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyət göstəriblər.

Məlumata görə, intensiv yağıntılar səbəbindən suyun səviyyəsinin yüksəlməsi nəticəsində ölkənin bəzi bölgələrində daşqınlarla yanaşı, elektrik enerjisinin təchizatında qısamüddətli fasilələr də qeydə alınıb.

Müvafiq qurumlar yaranan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirirlər.

Fövqəladə xidmətlər sektorunun əməkdaşları, eyni zamanda, Kraquyevats, Şabats və Uyitse şəhərlərində aşmış ağacların yollardan kənarlaşdırılması, həmçinin Çaçak və Valyevo şəhərlərində daşmış suyun çəkilməsi istiqamətində tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyi vətəndaşları rəsmi məlumatları izləməyə və zərurət yarandığı halda 193 telefon nömrəsi vasitəsilə müvafiq xidmətlərə müraciət etməyə çağırıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər