SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi
28.06.2026 12:00

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü gecə saat 2-dən 3-ə qədər həyata keçirdikləri birgə raket və dron əməliyyatı zamanı Küveytdəki Əli əs-Salim bazasında və Bəhreynin Salman limanındakı Beşinci Donanmada ABŞ ordusunun səkkiz mühüm obyektinə ballistik raketlər və piloitsuz uçuş aparatları (PUA) buraxaraq onları məhv edib və Amerikanın son hücumuna qətiyyətlə cavab verib.

TodayPress TV xəbər verir ki, bu barədə SEPAH "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunub ki, ABŞ əldə olunan razılaşmaları pozur və SEPAH-ın Hörmüz boğazına nəzarətini bəhanə edərək hücumlar həyata keçirir:

"İslamabad memorandumuna əsasən, Hörmüz boğazından keçidə nəzarət İslam Respublikası tərəfindən həyata keçirilir və bundan sonra qaydaları pozan gəmilərlə əvvəlkindən daha sərt rəftar ediləcək, düşmənin isə hər hansı bəhanə ilə baş verə biləcək istənilən hücumu, hətta dünən gecə və bu gün olduğu kimi, əhəmiyyətsiz hədəflərə yönəlsə belə, sarsıdıcı cavab alacaq".

SEPAH-dan bildirilib ki, atəşkəsin pozulması İslamabad memorandumunun birinci bəndinə ziddir və bütün proseslərin tamamilə dayanmasına gətirib çıxaracaq.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri (HHQ) İrandakı hərbi hədəflərə zərbələr endirib. SEPAH da ABŞ-nin hərbi obyektlərinə raket və PUA ilə zərbələr endirdiyini bəyan edib.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqladı 11:26 Əraqçi: ABŞ İsrailin Livana hücumlarını dayandırmağa borcludur - YENİLƏNİB 12:08 Meksika vətəndaşlarını Venesueladan təxliyə edir 11:42 Rusiyanın neft emalı zavoduna zərbə: Yanğın baş verdi 13:02 Luka Modriç mundiallar tarixinə düşdü 11:39 Sabah hava necə olacaq? - PROQNOZ 12:39 Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını pislədi 12:17 SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi 10:48 FHN silsilə maarifləndirmə tədbirlər keçirdi 11:29 Messi DÇ-2026-nın qrup mərhələsinin ən yaxşı bombardiri oldu 11:20 İsrail ordusu Livanda “Hizbullah” üzvlərini öldürdüyünü açıqladı 10:11 BMT TŞ-nin təcili iclası çağırıldı 11:14 Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür 10:08 Bakıda Məsciddə görünməmiş olay: Rafel Fiziyevin döyüşünü izlədilər - VİDEO 10:51 Trampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdi 10:04 Fransada istilərin ağır nəticəsi: Morqlarda yer qalmadı 10:01 ABŞ prezidentindən Tehrana kəskin mesaj: "İran yox ola bilər" 10:05 İran XİN: ABŞ-nin hava hücumları razılaşmaların açıq pozuntusudur 09:56 DÇ-2026: 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşdi 09:53 Ç-2026: Əlcəzair - Avstriya matçında məhsuldar heç-heçə qeydə alındı 09:51 DÇ-2026: Argentina İordaniyanı məğlub etdi 09:49 DÇ-2026: Konqo tarixində ilk dəfə pley-offa yüksəldi 09:46 DÇ-2026: Kolumbiya K qrupunu birinci, Portuqaliya ikinci sırada tamamladı 09:45 DÇ-2026: Xorvatiya Qananı məğlub edərək qrup ikincisi oldu 09:43 DÇ-2026: Panamaya qalib gələn İngiltərə qrupda birinci yeri tutdu 09:41 Bütün Xəbərlər