Ryabkov: "Rusiya və ABŞ arasında yeni danışıqlar keçirildi"

Ryabkov: "Rusiya və ABŞ arasında yeni danışıqlar keçirildi"
23.12.2025 13:39

Rusiya və ABŞ münasibətlərin normallaşdırılması məqsədilə növbəti danışıqlar raundu keçiriblər.

TodayPress TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, görüş işçi səviyyədə baş tutub və tərəflər gündəlikdə olan məsələləri peşəkar və ətraflı şəkildə müzakirə ediblər. Ryabkov qeyd edib ki, əsas mövzular hələlik təxirə salınıb və prosesin irəliləməsi üçün əlavə siyasi impuls tələb oluna bilər.

Nazir müavini növbəti görüşün erkən yazda keçirilməsinin planlaşdırıldığını, lakin dəqiq tarix müəyyən edilmədiyini bildirib. Görüşün harada baş tutacağı açıqlanmayıb.

Xatırladaq ki, ABŞ administrasiyasının dəyişməsindən sonra Rusiya və ABŞ nümayəndə heyətləri fevralın 27-də və aprelin 10-da İstanbulda iki dəfə görüşüblər. Daha sonra danışıqların paytaxtlarda və üçüncü raundun Moskvada keçirilməsi nəzərdə tutulsa da, ABŞ tərəfinin təşəbbüsü ilə məsləhətləşmələr qeyri-müəyyən müddətə təxirə salınıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Bütün Xəbərlər