Ruslar Ermənistana qaçmağa başladılar - Putinin müharibə qorxusu başına bəla oldu - VİDEO

Ruslar Ermənistana qaçmağa başladılar - Putinin müharibə qorxusu başına bəla oldu - VİDEO
29.07.2026 10:07

Rusiyada yeni səfərbərlik dalğası ilə bağlı narahatlıqların Ermənistanda daşınmaz əmlak bazarına təsir göstərdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə  "News.Am"  "Vyorstka" nəşrinə istinadən məlumat yayıb.

Məlumata görə, Ermənistanda fəaliyyət göstərən daşınmaz əmlak agentlikləri son aylarda Rusiyadan köçmüş və ya ölkəni tərk etməyi planlaşdıran vətəndaşlardan mənzil kirayəsi ilə bağlı müraciətlərin əhəmiyyətli dərəcədə artdığını bildirirlər.

Qeyd olunur ki, son üç ay ərzində İrəvanda kirayə mənzillərin qiyməti təxminən 30 faiz yüksəlib.

Rieltorların sözlərinə görə, hazırkı tələbat 2022-ci ildə Rusiyada qismən səfərbərlik elan edildikdən sonra müşahidə olunan ilk böyük miqrasiya dalğası dövründəki səviyyəyə yaxınlaşıb.

Məlumatda vurğulanır ki, Rusiyada mümkün yeni səfərbərlik barədə rəsmi qərar açıqlanmasa da, əhali arasında yaranan narahatlıq artıq insanların davranışına təsir göstərir.

Ekspertlər hesab edirlər ki, qonşu ölkələrdə mənzil kirayəsinə tələbatın və qiymətlərin artması əvvəlki illərdə də Rusiyadan mümkün kütləvi köçün ilkin əlamətlərindən biri olub.

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 AVQUST 2026
Moskvaya dron hücumu: Ölənlər var - VİDEO 08:28 Krasnıy Borda nəhəng anbar vuruldu - VİDEO 08:18 Qırmızı və sarı pomidorun fərqi nədir? 00:56 Köpəkbalıqlarının qanında kokain tapıldı 00:24 Okeanın dibində “ölüm zonaları” tapıldı 00:17 Səudiyyə Ərəbistanı səhranı yaşıllaşdırır: 159 milyon ağac 23:47 Fransada çaylar bir-bir quruyur 23:35 Alimlərdən xəbərdarlıq: 2030-a qədər hər şey dəyişə bilər 22:34 Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi 22:21 Ceki Çan Azərbaycandadır 00:50 İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Qəzzada sülhlə bağlı YENİ ADDIM: Türkiyə-HƏMAS görüşünün detalları 00:31 Nəriman Axundzadə Türkiyə klubuna keçdi 00:09 ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 “NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı 23:28 İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib 23:18 İsrail Qəzzadan nə vaxt çıxacaq? - AÇIQLANDI 23:07 SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü” 22:54 Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək? 22:42 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 22:26 Füzulidə açıq ərazidə yanğın başladı - VİDEO 22:15 Zelenski Azərbaycan haqqında görün, nələr dedi 22:09 Bütün Xəbərlər