Rusiya-Ukrayna arasında İstanbulda əldə edilən əsir mübadiləsi razılaşması başa çatdı

Rusiya-Ukrayna arasında İstanbulda əldə edilən əsir mübadiləsi razılaşması başa çatdı
25.05.2025 15:00

Rusiya ilə Ukrayna arasında İstanbulda əldə edilən razılaşmalar əsasında həyata keçirilən hərbi əsir mübadiləsi tam həcmdə başa çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirinin müavini, polkovnik-leytenant Aleksandr Fomin jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, 23, 24 və 25 may tarixlərində ümumilikdə 880 rusiyalı hərbi qulluqçu və 120 mülki şəxs geri qaytarılıb:

“16 mayda İstanbulda əldə edilən razılaşmalar əsasında hərbi əsirlərin mübadiləsi tam şəkildə icra olunub”.

Fomin bildirib ki, Ukrayna əsirliyindən qayıdan rusiyalı hərbçilərə Belarus ərazisində Müdafiə Nazirliyinin aidiyyəti xidmətləri tərəfindən bütün zəruri yardım göstərilir.

“Məsələlərin operativ həlli və tədbirin hərtərəfli təminatı üçün Müdafiə Nazirliyinin müvafiq xidmətlərinin əməkdaşları cəlb olunub. Hazırda hərbçilər Belarus ərazisindədir və Rusiyaya qayıtmağa hazırlaşırlar” deyə o qeyd edib.

Aleksandr Fomin əlavə edib ki, əsir mübadiləsi Ukrayna böhranının sülh yolu ilə həlli üçün müzakirələrə müsbət təsir göstərə bilər:

“Rusiyanın təşəbbüsü ilə həyata keçirilən bu genişmiqyaslı əsir mübadiləsinin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün əlverişli müzakirə mühiti yaradacağına ümid edirik. Belarus hakimiyyətinə göstərdikləri hərtərəfli dəstəyə görə xüsusi təşəkkürümüzü bildiririk” deyə o vurğulayıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 AVQUST 2026
"Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Bütün Xəbərlər