"Rəfah" keçidininə kimin nəzarət edəcəyi məlum oldu

"Rəfah" keçidininə kimin nəzarət edəcəyi məlum oldu
18.10.2025 15:00

Fələstin Milli Administrasiyası (FMA) və Avropa İttifaqının (Aİ) missiyası Rəfah sərhəd-keçid məntəqəsinin Fələstin tərəfində təhlükəsizliyə nəzarət edəcək.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Misirin Şimali Sinay vilayətinin qubernatoru Xalid Muqavir bildirib.

Qubernator xatırladıb ki, Rəfah keçidi iki hissədən ibarətdir — biri Misir, digəri isə Qəzza zolağı tərəfində yerləşir.

Qeyd edək ki, İsrail hakimiyyəti oktyabrın 15-də HƏMAS-ın ölən girovların cəsədlərinin qaytarılması ilə bağlı öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək Rəfah keçidini açmamaq qərarına gəlib. Bununla yanaşı, İsrailin Qəzzaya humanitar yardım axınını məhdudlaşdıracağı bildirilib. 28 girovdan yalnız dördünün cəsədi İsrailə qaytarılıb.

HƏMAS daha əvvəl 2023-cü ilin oktyabrında girov götürülmüş 20 nəfəri azad edəcəyini açıqlamışdı. Sonradan təşkilat yeddi, daha sonra isə 13 nəfəri azad edib.

Xatırladaq ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında imzalanan sülh planının ilk mərhələsi çərçivəsində bütün girovların “tezliklə” azad ediləcəyini və İsrail qoşunlarının razılaşdırılmış xəttə çəkiləcəyini bildirmişdi.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
ABŞ, İran və Oman Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmaya yaxınlaşdı 08:15  "Ryanair" milyonlarla dollar itirə bilər - DETALLAR 01:59 FIFA prezidentliyinə 5 əsas NAMİZƏD - İnfantinonu kimlər əvəz edə bilər? 01:55 Bu ölkədə hava temperaturu 41 dərəcəyə çatdı! 01:51 Həbsxanalarda yer bitdi, cinayətkarlar küçələrə buraxılır 01:47 "Akkuyu" AES-də elektrik istehsalına başlanılır 01:34 Argentinada liman BÖHRANI: Onlarla taxıl gəmisi ilişib qaldı 01:30 Sakinlərin DİQQƏTİNƏ! - Bu ərazilərdə işıq olmayacaq 01:24 Kürd partiya liderinin oğlu evinin önündə VURULDU 01:20 Fəthiyə sahillərində yaxta BATDI - 100 nəfər təxliyə edildi! 00:49 ABŞ-nin tanker təyyarələri İsraildə - VİDEO 00:21 Özgür Özelin toxunulmazlığı ləğv edilir? - Baş Prokurorluq AÇIQLADI 23:57 Zaporojyedə uşaq xəstəxanasına HÜCUM - FOTO 23:43 İraq-Suriya xəttində gərginlik var? – Sərhəd generalından son dəqiqə bəyanatı 23:37 Latviya Belarus ilə sərhədə kəşfiyyat PUA-sı qaldırdı 23:20 "İstefa verməyəcəm, mübarizə aparacam!" - Pezeşkian  23:13 Çin nüvə zərbəsi endirə bilən təyyarəni nümayiş etdirdi - VİDEO 23:03 İnsan sayı azalsa, nə baş verəcək? - Alimlərdən mübahisəli proqnozlar 22:57 Trampdan Qətər əmirinə zəng - Nələr müzakirə olundu? 22:48 Meşə yanğınları ilə bağlı 402 nəfər saxlanıldı, 156-sı azyaşlıdır 22:38 Trampın İrandan sonrakı HƏDƏFİ - ABŞ kəşfiyyat aktivlərini artırır 22:30 Hindistan XƏBƏRDARLIQ ETDİ: Sərbəst gəmiçilik bərpa olunmalıdır! 22:20 ABŞ Hərbi Qüvvələri dəniz əməliyyatlarının nəticələrini ELAN ETDİ 22:03 İsrail və Livan danışıqları nə vaxta qədər davam edəcək? - AÇIQLANDI 21:57 90 faizə yaxın əhalisi müsəlman olan ölkədə ölülərin yandırılması qadağan edildi 21:46 Bütün Xəbərlər