Peskov Rusiyanın ideal böhranından danışdı

Peskov Rusiyanın ideal böhranından danışdı
27.07.2026 20:41

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın hazırkı vəziyyətini “ölkənin suverenliyini gücləndirən ideal böhran” kimi qiymətləndirib.

TodayPress TV xəbər verir ki, Peskov bildirib ki, bu böhran cəmiyyətdə birlik hissini möhkəmləndirir.

O, həmçinin qeyd edib ki, informasiya azadlığı yalnız platforma sahiblərinin maraqlarına uyğun olduğu müddətdə mövcuddur. Peskovun sözlərinə görə, Rusiyanın heç vaxt yalnız Qərbə yönəlmiş siyasəti olmayıb və ölkə Şərqlə əməkdaşlıq üçün əvvəldən möhkəm təməl formalaşdırıb.

Kreml sözçüsü əlavə edib ki, Böyük Britaniyada baş nazirlər dəyişsə də, Londonun Rusiyaya münasibəti dəyişmir.

Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı Ermənistanda referendumun mümkün qədər tez keçirilməsinin vacibliyini vurğulayıblar.

O, həmçinin iddia edib ki, Kiyev Almaniya, İran və Qazaxıstana qarşı hücumlar həyata keçirib. Peskov bildirib ki, əvvəllər belə addımlar müharibə elan etmək üçün əsas hesab olunardı.

Kreml sözçüsü sonda vurğulayıb ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq edə biləcəyi yeni sanksiyalar üçün imkanları məhdudlaşıb və mövcud sanksiyalar artıq Avropanın iqtisadiyyatı və sosial sahəsinə mənfi təsir göstərməyə başlayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 IYUL 2026
İsrail ABŞ-nin “şotuna” mövcuddur - Tramp elə danışdı ki… 22:01 Zelenski Britaniyada gözlənilməz görüş keçirdi 21:46 Volodinin “Putin” çağırışına deputatlar səssiz qaldı - VİDEO 21:33 Yeni Baş nazir Zelenski ilə dənizin ortasında görüşdü - VİDEO 21:18 Tramp Netanyahuya qəzəbləndi: “Heç kəs mənə qarışa bilməz!” 20:52 Tramp İranın pulundan necə istifadə edəcəyini AÇIQLADI: “Pis deyil, eləmi?” 20:48 Peskov Rusiyanın ideal böhranından danışdı 20:41 Bakıdan çıxan sürücülərə şad xəbər - Bu körpü artıq istifadəyə verildi 20:29 Putin Paşinyanı niyə təbrik etmədi? 20:13 FİFA ilin ən gözəl qolunu seçdi - VİDEO 20:03 Paşinyan Putinə zəng etdi - Nə danışıldı? 19:45 Rusiya-Ukrayna münaqişəsi Tokayevə “baha başa gəldi” 19:40 Trampdan İrana son şans: “Danışıqlar alınmasa, hücum başlayacaq” 19:32 Latın Amerikası qarışdı: Argentina prezidenti braziliyalı həmkarını təhqir etdi 19:21 Putin ordunun sayını artırdı - TƏCİLİ 19:07 İraqda ABŞ istehsalı PUA qəzaya uğradı - VİDEO 18:57 23 yaşlı oğlan çayda çimmək istəyirdi, faciə baş verdi - TƏFƏRRÜATLAR 18:53 Rəsmi Moskva təklif irəli sürdü: Münaqişə bitir? 18:42 Ukrayna İranı hədəfə aldı: “Təcavüzün şərikisən, qurban deyilsən!” 18:31 Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər 18:24 Külək insanları xəstəxanalıq etdi - Yaralananlardan biri əməliyyat şöbəsinə yerləşdirildi 18:14 Monteneqrodan YENİ QƏRAR: 5 ölkənin vətəndaşlarına viza tətbiq edir 18:07 Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin etdi 17:56 "Toplum TV" işi üzrə hökm oxundu 17:43 Hicablı qadınların çimərlik dilemması: Özləri hicab taxır, bəs naməhrəmləri görmələri günahdırmı? 17:26 Bütün Xəbərlər