Pekindən Trampa "sabitlik" çağırışı: Səfər öncəsi mühüm bəyanat

Pekindən Trampa "sabitlik" çağırışı: Səfər öncəsi mühüm bəyanat
12.05.2026 20:15

Pekin ABŞ Prezidenti Donald Trampın Çinə səfəri ərəfəsində Vaşinqtonu iqtisadi əlaqələrdə və qlobal iqtisadiyyatda daha böyük sabitlik təmin etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Pekində keçirilən mətbuat konfransında danışıb.

“Çin-ABŞ iqtisadi və ticarət münasibətləri qarşılıqlı fayda xarakteri daşıyır”, - deyə sözçü bildirib.

Onun sözlərinə görə, hər iki tərəf iki ölkə lideri arasında əldə olunmuş mühüm ortaq razılaşmaları həyata keçirmək üçün birgə çalışmalı və Çin-ABŞ iqtisadi-ticarət əməkdaşlığına, eləcə də qlobal iqtisadiyyata daha çox sabitlik gətirməlidir.

Pekinin bu açıqlaması iki ölkənin yüksək səviyyəli ticarət danışıqları nümayəndələrinin mayın 13-ü Cənubi Koreyada iqtisadi və ticarət məsləhətləşmələri keçirməyə hazırlaşdığı bir vaxta təsadüf edir.

Planlaşdırılan görüş mart ayında Paris şəhərində keçirilmiş ABŞ-Çin iqtisadi və ticarət məsləhətləşmələrinin altıncı raundundan sonra baş tutacaq.

Eyni zamanda, Trampın Çinə üç günlük səfərə başlaması planlaşdırılır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Bütün Xəbərlər