Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə etdi

Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə etdi
11.08.2025 16:58

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Nikol Paşinyan avqusun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələri barədə Türkiyə Prezidenti Ərdoğana məlumat verib.

"Ermənistanın Baş naziri Türkiyə Prezidentinə 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələrini, xüsusilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanmasını, ATƏT-in Minsk qrupu mexanizmlərinin buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional kommunikasiyaların açılmasını, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi barədə məlumat verib", - mətbuat xidmətindən bildirilib.

N.Paşinyan qeyd edib ki, Bakı və İrəvan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni səviyyəsinin müəyyən edilməsinə imkan yaradır.

Bundan başqa, həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli gündəliyinə daxil olan məsələləri, xüsusilə əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər:

"Baş nazir qeyd edib ki, indi bu razılaşmaların həyata keçirilməsi üçün heç vaxt olmadığı qədər əlverişli şərait var. Həmsöhbətlər fəal siyasi dialoqu davam etdirməklə bağlı razılığa gəliblər".

XƏBƏR LENTİ
23 IYUN 2026
Yayda qəhvə içənlərə xəbərdarlıq: Ürəyiniz üçün təhlükəli ola bilər 23:55 Süni intellekt liderləri dünyaya mesaj verdilər: Beynəlxalq qaydalar yenidən yazılmalıdır 23:53 Süni intellekt ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi sistemlərinə daxil olub 23:51 Süd haqqında yeni araşdırma: Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır 23:50 Günəşin yeganə aktiv mərkəzi tezliklə Yerə doğru dönəcək 23:48 Musiqi prodüseri Klayv Devis vəfat etdi 23:10 Konqoda naməlum xəstəlik: Simptomların görünməsindən 24 saat sonra öldürür 23:47 Kanadada sinaqoqun qarşısında atışma - ölənlər var 00:49 "Qiyamət günü" radiostansiyası üç dəfə sirli mesajlarla efirə çıxdı 23:45 Tramp NATO müttəfiqlərini tənqid etdi: İtaliya və Almaniya bizi dəstəkləmədi 00:51 Tramp İranın nüvə proqramı ilə bağlı gözləntisini açıqladı 23:57 Uimbldon çempionu uzun müddətə diskvalifikasiya olundu 22:49 Taekvondoçularımız beynəlxalq çempionatda 3 medal qazandılar 23:32 Livanda dağıdılan evlərin sayı AÇIQLANDI 22:20 Enişdən sonra gözlənilməz hadisə: Təyyarənin təkəri partladı 22:17 DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazandı 23:09 6 milyarddan 120 milyarda: Beynəlxalq banklarda bloklanan İran pullarını kim xərcləyəcək? 23:01 Messi Klozeni geridə qoydu, yeni dünya rekordu qırdı 22:12 Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev 21:56 Qalıq yanacaq dövrü bitir? - İranla bağlı enerji gərginliyi elektrikləşməni sürətləndirir 22:19 Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər - YENİLƏNİB 20:57 Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi 21:53 Türkiyə vətəndaşlarının yaralandığı hücumun pərdəarxası: Kiyev səfirliyi və Odessa konsulluğu hərəkətə keçdi 21:57 Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü 20:53 Messi öz rekordunu yenilədi 21:36 Bütün Xəbərlər