Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi
24.06.2026 04:00

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir.

TodayPress TV-nin xəbərinə görə, bu barədə Polşanın "Dorzeczy" portalı məlumat verib.

Lakin mövcud qaydalara baxmayaraq, rezonans doğuran hadisə prokurorluğa qədər gedib çatıb. Niderland səhiyyə naziri Sofi Hermansın sözlərinə görə, evtanaziya ilə bağlı müraciət bu cür halların qiymətləndirilməsi üzrə xüsusi komissiyaya daxil olub. Orqan sənədləşməni analiz edib və prosedurda iştirak edən həkimlə danışıb.

Hazırda komissiyanın rəyi prokurorluğa göndərilib. Məhz müstəntiqlər həkimin qanunauyğun hərəkət edib-etmədiyinə qərar verəcəklər. Hakimiyyət orqanları uşaq haqqında heç bir detal açıqlamayıblar. Onun neçə yaşında olduğu, cinsi və ya hansı xəstəlikdən əziyyət çəkdiyi məlum deyil.

Jurnalistlər qeyd edirlər ki, qaydalara əsasən, evtanaziya yalnız yaxın gələcəkdə ölümü gözlənilən uşaqlara tətbiq edilə bilər. Qaydalar beyin, ağciyər və ürəyin ağır anadangəlmə qüsurları, eləcə də ciddi metabolik xəstəliklər hallarında tətbiq edilir.

Bu prosedurun əleyhdarları israr edirlər ki, söhbət öz iradəsini sərbəst şəkildə ifadə edə bilməyən uşaqlardan gedir. Bəzi ekspertlər ona diqqət çəkiblər ki, hər bir proseduran yekun qiymətləndirilməsi tibbi komissiyaya deyil, prokurorluğa aiddir və bu da cinayət məsuliyyəti qorxusu yarada bilər.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Yaponiyada sürət qatarı 4 nəfəri vurdu 08:47 Keniyada turist helikopteri qəzaya uğradı: 7 ABŞ vətəndaşı öldü 08:38 U-20 güləşçilərimiz dünya çempionatında 5 medalla fərqləndi! 08:41 Bütün Xəbərlər