Netanyahu təcili təhlükəsizlik iclası çağırdı

Netanyahu təcili təhlükəsizlik iclası çağırdı
24.05.2026 00:12

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında aparılan danışıqlarda irəliləyişlə bağlı xəbərlər fonunda yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə təcili görüş keçirməyə qərar verib.

TodayPress TV xəbər verir ki, Netanyahu bu axşam koalisiya hökumətini təşkil edən partiyaların liderləri və yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə görüşəcək.

Görüşdə əsas mövzunun İranla bağlı son diplomatik məsələlər olacağı bildirilir.

Məlumata görə, İsrail rəhbərliyi ABŞ-İran danışıqlarında əldə olunan müsbət dinamikanı və regionda yarana biləcək təhlükəsizlik risklərini qiymətləndirəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla razılaşmaya “çox yaxın” olduqlarını və danışıqların müsbət istiqamətdə davam etdiyini bildirmişdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda tərəflərin hələ də bəzi mübahisəli məqamlar üzərində işlədiyini, lakin ümumi çərçivə sənədinin yekunlaşdırılmağa yaxın olduğunu açıqlayıb.

Bildirilib ki, Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir də Tehran və Vaşinqton arasında mesajların ötürülməsi prosesində vasitəçi kimi çıxış edib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 Bütün Xəbərlər