"Nestle" 25 ölkədən uşaq qidalarını geri çağırdı

"Nestle" 25 ölkədən uşaq qidalarını geri çağırdı
06.01.2026 22:40

İsveçrənin "Nestle" şirkəti ürəkbulanma və qusma yaradan toksinin ola biləcəyi ehtimalına görə 25 ölkədən bir neçə uşaq qidası partiyasını, o cümlədən SMA, BEBA və NAN qida qarışıqlarını geri çağırdığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" şirkətin bəyanatına istinadən məlumat yayıb.

Məlumata əsasən, geri çağırma Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İrlandiya, İtaliya, Norveç, Finlandiya, Fransa və İsveçrədəki partiyaları da əhatə edib. Şirkət xəbərdarlıq edib ki, qida qarışıqlarında "Bacillus cereus" bakteriyaları tərəfindən istehsal olunan "cereulid" toksini ola bilər. Bununla belə, "Nestle" indiyədək geri çağırılan məhsullarla bağlı yoluxma və ya simptomların təsdiqlənmədiyini bildirib.

Avstriyanın Səhiyyə Nazirliyinin məlumatına görə, geri çağırma "Nestle"nin 10-dan çox zavodunda istehsal olunan 800-dən çox məhsulu əhatə edib. Qurumun qiymətləndirməsinə görə, bu, şirkət tarixində ən böyük məhsul geri çağırmasıdır.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Azərbaycanda 61 cinayətin üstü açıldı 13:21 ABŞ-də İrana qarşı müharibə ilə bağlı çağırış: "Tramp müharibəni bitirsin" 13:03 Sabah hava necə olacaq? - PROQNOZ 12:46 Britaniyadan Azərbaycan və Ermənistan liderlərinə mesaj: “Tarixi addımı yüksək qiymətləndiririk 12:42 Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi 12:36 Pakistanın müdafiə naziri: “Müsəlman ölkələri NATO kimi birləşməlidir” 12:30 Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO 12:16 Müəllimlərin faktiki yaşayış rayonuna uyğun vakansiya seçimi başladı 12:06 Pensiyalar ÖDƏNİLDİ 11:20 Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun! 11:24 Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı, insanlar təxliyə edilir - VİDEO 09:15 İİKK: ABŞ İranla müharibədə məğlub oldu 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 Gürcüstanda dövlət bayraqları yarıya endirildi 10:39 Antarktidadan gələn soyuq dalğası Yeni Zelandiyanı vurdu 10:24 Paşinyandan Azərbaycan mesaj: “Sülh bərqərar olub” 10:07 Pezeşkian ABŞ-yə səsləndi: “Amerika evinə qayıtmalıdır!” 09:56 Rusiya Kiyevə zərbələr endirdi: Ölənlər və yaralananlar var - GÖRÜNTÜLƏR 09:36 ABŞ-dən Kolumbiyaya 1 milyard dollar - SƏBƏB 09:26 Rusiyada neft zavodu hədəfə alındı - VİDEO 09:31 Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq 09:20 Britaniyada enerji böhranı dərinləşir: Borclar rekord həddə çatdı 09:11 Azərbaycan XİN-dən Gürcüstanla bağlı AÇIQLAMA: Sülh yolu ilə həlli dəstəkləyirik 09:07 Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı! 00:44 Gecələr tez-tez oyanırsınızsa... - Terapevt SƏBƏBİNİ açıqladı 00:34 Bütün Xəbərlər