“NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Zalujnı bildirib ki, Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq.
“NATO-nu çox yaxşı tanıyıram. Təxminən 12 il şəxsən Ukraynanın NATO standartlarına yiyələnməsi üçün çalışmışam və hər il “tezliklə NATO-ya üzv olacağıq” sözlərini eşitmişəm. Təəssüf ki, biz heç vaxt NATO-ya üzv olmayacağıq”, - deyə o bildirib.
Zalujnının sözlərinə görə, NATO-nun Rusiya Silahlı Qüvvələrinin inkişaf səviyyəsinin ən azı yarısına çatması üçün təxminən 12 il vaxt lazım olacaq.
Kübra Musayeva