NATO tamamilə dəyişir - Yeni strategiya təqdim olundu

NATO tamamilə dəyişir - Yeni strategiya təqdim olundu
07.07.2026 23:41

Ankarada NATO-nun 36-cı Liderlər Zirvəsi öz işinə başlayıb. Sammitin açılışı ərəfəsində NATO-nun Baş katibi Mark Rutte mətbuat konfransı keçirərək Alyansın qarşıdakı dövr üçün əsas hədəflərini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Rütte ötən il Haaqada qəbul olunan qərarların icrasına artıq başlanıldığını bildirib. Onun sözlərinə görə, müttəfiq ölkələr 2035-ci ilə qədər ÜDM-in 5 faizini müdafiəyə ayırmaq öhdəliyini yerinə yetirmək üçün konkret planlarla sammitə gəliblər. Baş katib qeyd edib ki, Avropa ölkələri və Kanada müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb və bu proses davam edir.

O deyib ki, NATO-nun əsas məqsədi təkcə daha çox vəsait ayırmaq deyil, həmin vəsaiti real hərbi gücə çevirməkdir. Bunun üçün müdafiə sənayesinin istehsal imkanları genişləndirilməli, pilotsuz uçuş aparatları, raketlər və hava hücumundan müdafiə sistemlərinin istehsalı artırılmalıdır. Sabah keçiriləcək NATO Müdafiə Sənayesi Forumunda bu istiqamətdə on milyardlarla dollar dəyərində yeni müqavilələrin açıqlanacağı gözlənilir.

“NATO 3.0” strategiyası

Rütte Ankarada “NATO 3.0” adlandırdığı yeni yanaşmanı təqdim edib. Bu strategiya Avropa ölkələrinin Alyans daxilində daha çox məsuliyyət götürməsini, müdafiə sənayesində əməkdaşlığın gücləndirilməsini, yeni texnologiyalara investisiyanın artırılmasını və hərbi istehsalın genişləndirilməsini nəzərdə tutur.

Baş katib bildirib ki, məqsəd müdafiə sahəsində qərarların daha sürətli icrası, istehsalın artırılması və NATO ölkələrinin müdafiə sənayesini vahid şəkildə işləyən sistemə çevirməkdir. Onun sözlərinə görə, güclü Avropa təhlükəsizliyi daha güclü NATO deməkdir.

Rütte çıxışında Ukraynaya dəstək məsələsinə də toxunub. O bildirib ki, Rusiya Ukrayna şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlarını davam etdirir. Baş katib müttəfiqləri, xüsusilə hava hücumundan müdafiə sistemləri ilə bağlı Kiyevə dəstəyi davam etdirməyə çağırıb. Onun sözlərinə görə, Ukraynanın təhlükəsizliyi NATO ölkələrinin təhlükəsizliyi ilə birbaşa bağlıdır.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 IYUL 2026
Rusiyaya ən böyük PUA hücumlarından biri: Təhlükə elan olundu 00:40 Xameneinin tabutu İraqa aparıldı - VİDEO 00:23 Ukrayna Putinə sülh təklif etdi 00:14 ABŞ-nin bu qərarından sonra qiymətlər qalxdı 23:51 NATO tamamilə dəyişir - Yeni strategiya təqdim olundu 23:41 Ərdoğanın seçdiyi marş Yunanıstanda köhnə yaraları yenidən qanatdı - VİDEO 23:13 Messi iki rekorda imza atdı 22:58 Türkiyə alyansın “Cənub qalxanı” olmaq istəyir 22:47 ABŞ Avropadan əlini çəkir? - Rusiya üçün fürsət, NATO üçün risk 22:30 Sabah UEFA ÇL-dəki matçında qələbə qazandı 22:12 DÇ-2026: Argentina 1/4 finala yüksəldi - YENİLƏNDİ 20:03 Makron Ərdoğanın arvadının əlini öpmək istədi, “arzusu ürəyində qaldı” - VİDEO 21:55 “Firon”lar “qızıl”lara qol vurdu, amma qiyməti olmadı 21:32 İran dronları gəmilərə yaxınlaşdı, ABŞ müdaxilə etdi 21:22 “Şamaxinka” tunelində YANĞIN: Hərəkət iflic oldu - VİDEO 20:59 Azərbaycanlılar Rusiya gəmilərinin vurulduğu anları çəkdi - VİDEO 20:52 Tramp Netanyahunun xahişini yerə saldı - Türkiyə ilə bağlı YENİ QƏRARLAR 20:28 Həkimlə dalaşan şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO 20:09 Kreml Üçüncü Dünya müharibəsi ilə bağlı son sözünü dedi 19:58 Ankaradan gələn xəbər Rusiyanı narahat edəcək – NATO yeni addım atır 19:50 Ömürlük məhkum olunan separatçılar son ümidə əl atdılar 19:35 Ankara Sammitində elə addım atılacaq ki… 19:15 Tramp indi də bura “əl atdı” 18:59 ABŞ senatoru Bakıya niyə gəldi? Görüşün əsas detalları AÇIQLANDI 18:51 Pensiyalar bu tarixdə ödəniləcək 18:45 Bütün Xəbərlər