Müdafiə Nazirliyi açıqladı: Monteneqro əsgərlərini Ukraynaya göndərməyəcək

Müdafiə Nazirliyi açıqladı: Monteneqro əsgərlərini Ukraynaya göndərməyəcək
26.05.2025 14:49

Monteneqro öz hərbi qulluqçularını Ukrayna ərazilərinə göndərmək niyyətində deyil.

TodayPress TV xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, NATO-nun Ukraynaya təhlükəsizlik sahəsində yardım və şəxsi heyətin təlimi üzrə missiyası (NSATU) çərçivəsində iştirak edən monteneqrolu təlimatçılar ukraynalı əsgərləri yalnız Avropa İttifaqı (Aİ) ölkələrində hazırlayacaqlar.

“Monteneqro Ordusunun heç bir hərbi qulluqçusu Ukrayna ərazisində yerləşdirilməyəcək və bu ölkənin ərazisində hər hansı hərbi əməliyyatlarda iştirak etməyəcək. Mümkün iştirak yalnız ukraynalı əsgərlərin Aİ ölkələrində təliminə aiddir” deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, Monteneqro mətbuatı daha əvvəl məlumat vermişdi ki, mayın 29-da ölkə parlamenti NSATU missiyasında iştirak üçün respublikanın ordusundan üç hərbçinin göndərilməsi təklifinə baxacaq.

Xatırladaq ki, NATO-nun Ukraynaya təhlükəsizlik sahəsində yardım və təlim proqramının yaradılması barədə qərar 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammitində qəbul edilib. Bu proqram Ukraynaya planlaşdırma və logistika dəstəyi göstərməklə yanaşı, müttəfiq ölkələrdə ukraynalı hərbçilərin hazırlığını koordinasiya edir. NSATU-nun qərargahı Almaniyada yerləşir.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 AVQUST 2026
ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Bütün Xəbərlər