Rusiya qaranlığa qərq oldu: Bu ərazilər işıqsız qaldı - VİDEO
Ukrayna Silahlı Qüvvələrinin dron hücumları nəticəsində Krım yarımadasının bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyi bildirilir.
TodayPress TV xəbər verir ki, “Krımenergo”nun məlumatına görə, elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən Simferopol, Yalta, Aluşta, Yevpatoriya, Saki və Cankoy şəhərlərində, eləcə də bir sıra rayonlarda elektrik təchizatı dayandırılıb.
Bundan əvvəl Sevastopol şəhərinin qubernatoru Mixail Razvojayev enerji infrastrukturuna hücum nəticəsində şəhərin elektrik enerjisiz qaldığını açıqlayıb. Onun sözlərinə görə, hazırda mütəxəssislər zərərin miqyasını qiymətləndirir və elektrik enerjisinin bərpası istiqamətində iş aparırlar.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən gecə Rusiya əraziləri, həmçinin Azov dənizi və Qara dəniz üzərində 320-dən çox Ukrayna PUA-sının məhv edildiyini bildirib.