Kiyevin Avropa planı alt-üst oldu: Budapeşt o məktubları imzalamadı

Kiyevin Avropa planı alt-üst oldu: Budapeşt o məktubları imzalamadı
25.06.2026 12:33

Macarıstanın etirazı səbəbindən Avropa İttifaqı Ukraynanın üzvlük danışıqları ilə bağlı planına dəyişiklik edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Euronews" Avropa İttifaqının rəsmiləri və diplomatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Brüssel iyul ayında əvvəlcədən planlaşdırıldığı kimi beş deyil, iki danışıq klasterinin açılmasına çalışacaq. Söhbət xarici əlaqələri əhatə edən altıncı və daxili bazara aid ikinci klasterdən gedir. Qalan üç klasterin taleyi isə daha sonra müzakirə olunacaq.

Bildirilir ki, Macarıstan indiyədək bunun üçün tələb olunan birgə məktubları imzalamayıb. Budapeşt Ukraynanın Avropa İttifaqına sürətlə qəbul edilməsinə qarşı çıxır və bütün klasterlərin qısa müddətdə açılmasını bu prosesin sürətləndirilməsi kimi qiymətləndirir.

Aİ nümayəndələrindən biri isə mövcud çətinliklərin iyul ayına qədər həll olunacağını və ən azı iki klasterin açılacağına ümid etdiklərini bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 AVQUST 2026
"Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski 00:06 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi! 00:00 Hörmüzdə günlük daşınma 9 milyon barelə çatıb - ABŞ energetika naziri 23:48 Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini ELAN ETDİ 23:37 Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir 23:16 Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq 23:18 “Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 Azərbaycan, Ermənistan və ABŞ rəsmiləri BİR ARAYA GƏLDİ 22:12 900 illik memarlıq irsi Naxçıvanda belə əbədiləşdirildi - Prezident açılış etdi 22:05 İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Çempionlar Liqası: "Sabah" darmadağınla tarixi uğura imza atır - YENİLƏNDİ - VİDEO 20:08 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 İsrail və Venesueladan 17 il sonra İLK 21:39 Bütün Xəbərlər