Kiyevə gecə hücumu: Ölənlərin sayı 20-yə çatdı - VİDEO - YENİLƏNDİ 2

Kiyevə gecə hücumu: Ölənlərin sayı 20-yə çatdı - VİDEO - YENİLƏNDİ 2
02.07.2026 17:16

Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqramda bildirib.

"Təəssüf ki, bugünkü hücumun qurbanlarının sayı artıb. Hazırda 20 nəfərin öldüyü məlumdur", - o yazıb.

Daha əvvəl bildirilmişdi ki, iyulun 2-nə keçən gecə Rusiya qoşunları 74 raket və müxtəlif tipli 496 pilotsuz uçuş aparatı daxil olmaqla, 570 hava hücumu vasitəsi ilə Ukraynaya zərbə endirib. Zərbənin əsas istiqaməti Kiyev olub.

Ukrayna tərəfinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri 48 raket və 476 pilotsuz uçuş aparatı da daxil olmaqla, 524 hava hədəfini məhv edib.

TodayPress TV

***

11:12

Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 13 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko “X” hesabında bildirib.

Onun sözlərinə görə, ikisi azyaşlı olmaqla, azı 86 nəfər isə xəsarət alıb.

Paytaxtda 20 yaşayış məntəqəsi birbaşa hücuma məruz qalıb, 100-ə yaxın tikiliyə ziyan dəyib.

Axtarış-xilasetmə qrupları Kiyevin 15 bölgəsində fəaliyyət göstərir.

TodayPress TV

***

08:18

Rusiyanın Silahlı Qüvvələri iyulun 2-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

TodayPress TV xəbər verir, hücum zamanı şəhərin müxtəlif rayonlarında partlayışlar baş verib.

Yaşayış binaları və mülki infrastruktur obyektlərinə ziyan dəyib, bəzi ərazilərdə yanğınlar qeydə alınıb.

Hadisə yerlərinə xilasedicilər və təcili yardım briqadaları göndərilib. Ukrayna rəsmiləri dağıntıların aradan qaldırılması işlərinin davam etdiyini bildirib.

İlkin məlumata görə, itkilər və ziyanın həcmi ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Dünyanı narahat edən ölümcül virusla bağlı YENİ STATİSTİKA 18:12 CZ Scorpion EVO 3: Müasir avtomatların etibarlı və modulyar nümunəsi 18:10 BMT-dən Azərbaycana tərif: Yol təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər var 18:06 Nazirliyin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur 17:54 Azərbaycan HHQ komandanı Türkiyədə rəsmi səfərdədir 17:41 Kiyevə gecə hücumu: Ölənlərin sayı 20-yə çatdı - VİDEO - YENİLƏNDİ 2 08:24 Amerika ilə haqq-hesab bitdi - İran kürdlərin boğazına çökdü 16:55 Pakistan borc batağında üzən ərəb ölkəsi ilə yollarını ayırdı 16:45 Meteohəssas insanların NƏZƏRİNƏ! Sabah geomaqnit qasırğası olacaq 16:43 Seboreik dermatit: Əlamətlər hansılardır və necə nəzarətdə saxlamaq olar? 15:22 Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı - FƏRMAN 16:23 Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşdü 16:15 "Qəbələ" Səlahət Ağayevlə müqavilənin müddətini uzatdı 16:09 Qazaxıstanda SSRİ dövrü bitdi - Ölkə faktiki müstəqil oldu 15:32 NATO Rusiyanın "dərdindən" gecələr yata bilmir 15:30 Türkiyədə güclü zəlzələ oldu 15:26 Baş beyin şişi: Əlamətlər hansılardır və müalicə şansları nə qədərdir? 15:14 SOCAR hansı ölkələrdə nə qədər qazanır? 15:09 İran Hörmüzdən keçən tankerlərə xəbərdarlıq etdi 15:05 İdman jurnalistlərinin rəngarəng həyatı: Həftənin 7 günü, günün 24 saatı iş... 14:52 "Tottenhem" Mateuş Fernandeşi heyətinə qatdı 14:36 Ərdoğanla foto Avropa İttifaqının qadın rəhbərini siyasətdən silir 14:30 Deniz Göktaş hava limanında saxlanıldı 14:19 Alen Simonyan deputat mandatından imtina etdi 14:02 Putin türk dövlətinin ətəyindən yapışdı - Moskva çıxış yolu axtarır 14:02 Bütün Xəbərlər