Kamboca ABŞ mallarına gömrük rüsumlarını ləğv etdi

Kamboca ABŞ mallarına gömrük rüsumlarını ləğv etdi
08.08.2025 10:31

Kamboca hökuməti ABŞ-dən idxal edilən mallara, istifadə olunmuşlar istisna olmaqla, 0% gömrük rüsumu tətbiq edib. 

TodayPress TV xəbər verir ki, bu barədə qərarı ölkənin Baş naziri Hun Manet imzalayıb.

Məlumata görə, yalnız yeni mallara bu güzəşt şamil olunacaq. İkinci əl mallar əvvəlki qaydada gömrük rüsumuna cəlb ediləcək.

Baş nazirin göstərişi əsasında İqtisadiyyat və Maliyyə Nazirliyi yaxın günlərdə bu qərarın tətbiq qaydaları ilə bağlı rəsmi açıqlama verəcək.

Qeyd edək ki, avqustun 7-də Kamboca hökuməti ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. Manet bu barədə Nobel Komitəsinə məktub göndərib.

Xatırladaq ki, bu ilin aprelində ABŞ prezidenti bəyan edib ki, 185 ölkə və ərazidən gətirilən mallara gömrük rüsumu tətbiq ediləcək. Yeni tariflər aprelin 5-dən qüvvəyə minib. ABŞ-yə əsasən geyim və ayaqqabı ixrac edən Kamboca bu dəyişikliklərdən qismən təsirlənib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
05 AVQUST 2026
Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Bütün Xəbərlər