İranla müharibənin sonu necə olacaq? - Sensasion proqnoz

İranla müharibənin sonu necə olacaq? - Sensasion proqnoz
18.07.2026 23:10

ABŞ Prezidenti Donald Trampın administrasiyasında İranla münaqişənin necə başa çatdırılması ilə bağlı vahid strategiyanın olmaması Ağ Ev daxilində fikir ayrılıqlarını daha da kəskinləşdirib.

TodayPress TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Məlumata görə, Tramp administrasiyası hazırda İrana qarşı gündəlik hərbi əməliyyatlar həyata keçirsə də, münaqişənin başa çatdırılması üçün aydın fəaliyyət planına malik deyil. On ildir ABŞ prezidentinin fəaliyyətini izləyən Berns Ağ Evdə çıxış strategiyasının olmadığını vurğulayır.

Məqalədə qeyd olunur ki, administrasiyanın yuxarı eşelonunda Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens arasında ciddi fikir ayrılığı mövcuddur. İddialara əsasən, Vens İrana qarşı hərbi əməliyyatların başlanmasının qarşısını almağa çalışsa da, bu cəhdləri uğursuz olub.

Bununla belə, vitse-prezidentin komandasının yaranan vəziyyətdən onun siyasi nüfuzunu artırmaq üçün istifadə etməyə çalışdığı bildirilir. Mənbələrin sözlərinə görə, məqsəd Vensin cəmiyyətdə və beynəlxalq aləmdə müharibəni bitirmək istəyən siyasətçi obrazını formalaşdırmaqdır. Hətta ölkələr arasında niyyət bəyannaməsi ilə bağlı təşəbbüs uğursuz olsa belə, bu, onun siyasi imicinə ciddi zərbə hesab edilmir.

Daşa Berns yazır ki, Donald Tramp isə diqqətini yenidən seçilməkdən çox, siyasi irsinə yönəldib. Müəllifin fikrincə, Tramp əvvəlcə münaqişədən uzaq durmağa və diplomatik həllə üstünlük verməyə çalışsa da, sülh prosesinin nəticəsiz qalması onu hərbi variantı seçməyə məcbur qoyub. Halbuki bu yolun məqsədəuyğunluğu prezidentin bəzi tərəfdarları tərəfindən də sual altına alınır.

Məqalədə həmçinin vurğulanır ki, Ağ Evdə əsas qərarlar olduqca dar çevrədə qəbul edilir və yekun söz yalnız prezidentə məxsusdur. Şəffaf strategiyanın və kollektiv qərarvermə mexanizminin olmaması isə münaqişənin gələcək inkişafını proqnozlaşdırmağı çətinləşdirir.

Bernsin qənaətinə görə, məhz bu idarəetmə modeli İranla qarşıdurmanı “Tramp tipli münaqişə”yə çevirib. Hazırda prezidentin ətrafında müharibənin necə başa çatacağına dair aydın ssenari təqdim edə bilən şəxs yoxdur və prosesin taleyi əsasən Donald Trampın qərarlarından asılı olaraq qalır.

XƏBƏR LENTİ
19 IYUL 2026
DÇ-2026: Fransa - İngiltərə oyununda altıncı QOL 01:02 Hörmüz boğazı ilə bağlı kritik açıqlama: Dünyanı narahat edən ÇAĞIRIŞ 00:37 Körfəz ölkələri və Aİ İrana çağırış etdi - TƏCİLİ 00:33 İrandan İordaniyaya növbəti zərbə - FOTO 00:24 ABŞ genişmiqyaslı hücuma başlayacaq - XƏBƏRDARLIQ 00:16 Hörmüzü kənarda qoyacaq marşrut - Suriya və İraqdan yeni MEMORANDUM 23:47 Ukraynanın zərbəsi nəticəsində Qırğızıstan vətəndaşı yaralandı - DETALLAR 23:26 İranla müharibənin sonu necə olacaq? - Sensasion proqnoz 23:03 46 yaşlı qadın qızdırmadan öldü - ARAŞDIRILIR 22:56 Fedorov getdi, Zelenski hərəkətə keçdi - Orduda dəyişiklik olacaq 22:32 Emreli yeni klubda “Bayatı-Şiraz”la qarşılandı - VİDEO 22:24 İsrail ordusu Livanın cənubunu vurdu - VİDEO 22:04 Hulusi Akar F-35 məsələsindən danışdı 21:57 İranın hücumu zamanı ABŞ hərbçiləri həlak oldu 21:35 Boksçularımız Gürcüstanda 13 medal qazandılar 21:31 Xamenei: “Düşmən bunu görməməlidir!” 20:56 Xamenei “Böyük Şeytan”ı hədələdi: “Cavab verəcəyik!” 20:49 İranın ballistik raketləri Küveyt qırıcılarını hədəf aldı 20:40 Fransızlar erməni qonaqlarından üzr istədilər - SƏBƏB 20:32 Ramanada yanğın başladı - VİDEO 20:24 Argentina Prezidenti “xurafat”a görə finala getmədi 20:17 Ağır vəziyyətdə xəstəxanaya aparılan uşaq öldü 20:05 Həlak olan hərbçi ilə bağlı yayılan görüntülər haqqında AÇIQLAMA 19:48 ABŞ Rusiyaya “qazmaq istədiyi quyuya düşə bilər” 19:34 Kosmosa “Made in India” çıxdı - VİDEO 19:07 Bütün Xəbərlər