İranda helikopter qəzası baş verdi

İranda helikopter qəzası baş verdi
24.02.2026 10:59

İranın mərkəzində yerləşən İsfahan əyalətində vertolyot qəzaya uğrayıb. Bildirilir ki, hadisə Xomeynişəhər yaxınlığındakı Dorçe şəhərində qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata əsasən, qəza şəhərin bağçılıq kompleksi yaxınlığında baş verib. Hələlik ölən və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.

Həmçinin qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ və İran rəsmiləri arasında keçiriləcək danışıqlar ərəfəsində Tehranın razılığa gəlməsinin vacibliyini vurğulayıb və əks halda ölkənin “pis günlərlə” üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

“The Wall Street Journal” qəzetinin yazdığına görə, Cenevrədə keçirilən ABŞ–İran danışıqlarında Tehran Vaşinqtonun nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını aradan qaldırmaq məqsədilə yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiya kimi üçüncü tərəfə göndərməyi təklif edib. Qəzet bildirir ki, İran uranın zənginləşdirilməsini üç ilədək dayandırmağa hazır olduğunu bəyan edib. Lakin ABŞ administrasiyası proqramın tamamilə dayandırılmasında israr edir.

Qeyd edək ki, bundan əvvəl də İranda hərbi təyyarə qəzası baş vermişdi.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Soyuq hava axını bəzi xəstəlikləri kəskinləşdirə bilər: Sərinkeşdən istifadə qaydaları 22:23 Çin zooparkında uzunqulağı boyayıb zebra kimi təqdim etdilər 22:25 Çində ultrabənövşəyi şüaları əks etdirən nanoipək hazırlandı 22:17 Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi 22:15 Günəş qasırğası Yer kürəsini elektrik enerjisiz və internetsiz qoya bilər 22:13 DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirdi 02:03 Sabah bu ərazidə QAZ olmayacaq 23:38 Bu rayonlarda işıq OLMAYACAQ 23:35 Ermənistan Ukraynanın bərpası forumunda: Moskva ilə gərginlik fonunda yeni mesaj 01:11 Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçildi 22:49 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq 21:27 Sumqayıtda 196 sürücü saxlanılıb - SƏBƏB - VİDEO 23:12 ÜST-dən XƏBƏRDARLIQ: "Sürətlə yayılır" 22:53 BMT-dən Livan üçün xüsusi komanda yaradır - Dağıntılar araşdırılacaq 22:46 DÇ-2026-nın qalibinə kuboku Tramp təqdim edəcək 23:07 Trampdan İranın təkzibinə reaksiya: "Müfəttişlər İrana gedəcək" 22:40 DÇ-2026: Portuqaliya Özbəkistani məğlub etdi 23:03 "Hizbullah" lideri xəbərdarlıq etdi: Livanda qala bilməyəcəklər 22:34 Körfəzdə köməksiz qalan minlərlə dənizçinin təxliyəsinə başlanılır 22:29 Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI 22:20 Məşhur hospitalın fəaliyyəti DAYANDIRILDI 21:25 Ronaldo ilkə imza atdı 22:00 Rubio: "Livan məsələsi İran sazişindən tamamilə ayrı tutulacaq" 21:17 İlham Əliyevindən Türkmənistan Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım 21:51 Bu il keçid balları enəcək? - DİM sədri AÇIQLADI 21:41 Bütün Xəbərlər