İran razılıq verdi: Avropa ölkələri ilə yeni nüvə danışıqları başlayır

İran razılıq verdi: Avropa ölkələri ilə yeni nüvə danışıqları başlayır
21.07.2025 09:51

İran, Avropanın üç ölkəsi – Fransa, Böyük Britaniya və Almaniya ilə yeni nüvə danışıqları raunduna razılıq verdiyini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi dövlət televiziyasına açıqlama verib.

Məlumata görə, İran rəsmiləri iyulun 25-də Türkiyənin İstanbul şəhərində adıçəkilən ölkələrin nümayəndələri ilə görüşəcək. Danışıqlar Avropa ölkələrinin təşəbbüsü ilə keçirilir.

Xatırladaq ki, Avropa üçlüyü Tehrana xəbərdarlıq edərək, əgər İran nüvə proqramı ilə bağlı müzakirələrə qayıtmasa, sanksiyalar tətbiq olunacağını bildirmişdilər.

Almaniya diplomatik mənbələrinin "AFP"yə verdiyi məlumata görə, Fransa, Britaniya və Almaniya İranla davamlı diplomatik həll yolu tapmaq üçün birbaşa əlaqədə olublar.

Qərb ölkələri və İsrail uzun illərdir İranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edirlər. Tehran isə bu iddiaları qəti şəkildə rədd edir.

Qeyd edək ki, İstanbul görüşü, ABŞ-nin iyun ayında İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra baş tutacaq ilk danışıqlar olacaq.

Töhfə Səməd

XƏBƏR LENTİ
22 IYUN 2026
İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək 09:19 Rusiya Qara dənizdə Türkiyə gəmisini vurdu: Ölənlər var - VİDEO 09:11 ABŞ Karib dənizində narkotik daşıyan katerə zərbə endirib - VİDEO 09:04 Qida çatışmazlığına səbəb ola biləcək istilər yaxınlaşır - ARAŞDIRMA 08:53 Ukrayna PUA-ları yenidən Moskva səmasında: HHM-lər aktivləşdi - VİDEO 08:33 Qətərin ən böyük qaz müəssisəsində partlayış baş verdi - YENİLƏNDİ 00:02 DÇ-2026: Misir Yeni Zelandiyanı məğlub etdi 08:19 Rusiyalı psixoloqdan valideynlərə çağırış: Uşağı telefondan ayırmağın sirri qadağada deyil 21:54 Yuxunuzu məhv edən gizli vərdiş 21:51 Beş milyard il sonra nə baş verəcək? - Günəşin Yerə təsiri ilə bağlı yeni proqnoz 21:49 Yaddaşı yaxşılaşdırdığı düşünülən omeqa-3 haqqında yeni faktlar üzə çıxdı 21:48 Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı 21:46 Pikassonun oğurlanmış tablosu tapıldı 21:44 Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış 21:42 DÇ-2026: Belçika - İran oyununda qalib müəyyənləşmədi 01:09 Pişiyinizin etibarını qazanmağın sadə yolu açıqlandı 21:39 Yamal Мessini geridə qoydu 22:20 Ermənistanda seçki mübahisəsi: Konstitusiya Məhkəməsi işə baxacaq 23:09 Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO 23:06 "Neftçi" kapitanlarla bağlı qərar verdi 21:34 Tehran Vaşinqtona şərt qoydu: Tramp üzr istəməyənə qədər danışıq olmayacaq 22:41 Ədən körfəzində gərgin anlar: tanker son anda ələ keçirilməkdən qurtuldu 20:01 "Qarabağ"dan növbəti transfer 21:24 DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəldi 22:08 Günəşdə güclü partlayış baş verdi 18:43 Bütün Xəbərlər