İran müharibəsi BRICS ölkələrinə necə təsir edir? - Yeni Dehlidə gərgin sammit

İran müharibəsi BRICS ölkələrinə necə təsir edir? - Yeni Dehlidə gərgin sammit
16.05.2026 00:42

Hindistanda keçirilən BRICS xarici işlər nazirləri toplantısı üzv ölkələrin İran ilə ABŞ-İsrail arasındakı müharibəyə dair ortaq mövqe nümayiş etdirə bilməməsi səbəbindən yekun bəyanat qəbul olunmadan başa çatıb.

TodayPress TV xəbər verir ki, inkişaf etməkdə olan iqtisadiyyatları birləşdirən BRICS blokunun Hindistanın paytaxtı Yeni Dehlidə təşkil etdiyi iki günlük xarici işlər nazirləri toplantısı dərin fikir ayrılıqları səbəbindən böhranla nəticələnib.

Hindistanın 2026-cı il dövrü sədrliyi çərçivəsində təşkil olunan bu ilk böyük nazirlər səviyyəli görüş üzv ölkələrin regiondakı müharibəyə dair ortaq məxrəcə gələ bilməməsi ucbatından son iki ayda kompromis əldə olunmadan dağılan ikinci BRICS sammiti olub. Yayımlanan rəsmi mətndə üzvlər arasında bu məsələ ilə bağlı yalnız "fərqli fikirlərin" mövcud olduğu qeyd edilib.

İran və BƏƏ böhranının pərdəarxası

Sammitdəki ən böyük parçalanma birliyin genişlənmə dalğası ilə tamhüquqlu üzv olan İran və BƏƏ qarşı-qarşıya gəlməsi ilə yaşanıb. İranın xarici işlər naziri Abbas Əraqçı BƏƏ-ni hava məkanını və ərazisindəki Amerika bazalarını İrana qarşı hücumlar üçün açmaqda ittiham edərək Əbu-Dabi rəhbərliyini təcavüzün açıq ortağı olmaqda günahlandırıb.

BƏƏ təmsilçisi Xəlifə bin Şahin Əl-Mərar isə bu iddiaları rədd edərək fevral ayının sonundan bəri ölkənin enerji infrastrukturunu hədəf alan minlərlə İran PUA və raketini məhv etdiklərini bildirib və blokdan İranın qınanmasını tələb edib. Hər iki ölkənin geri addım atmaması səbəbindən İranın ABŞ və İsrailin qınanması, BƏƏ-nin isə İranın hücumlarının mətndə əks olunması cəhdləri qarşılıqlı olaraq bloklanıb.

Ev sahibi qismində çıxış edən Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar tərəfləri BRICS-in ənənəvi kompromis mədəniyyətinə hörmət etməyə çağırıb və Hörmüz boğazı kimi beynəlxalq sularda ticarət təhlükəsizliyinin əhəmiyyətinə diqqət çəkib.

Qlobal enerji qiymətlərini yüksəldən və logistik xətləri iflic edən müharibəyə dair bircə ortaq qınaq cümləsində belə razılığa gələ bilməyən BRICS üzvləri, buna baxmayaraq, enerji sahəsində əməkdaşlıq, ticarət, rəqəmsal infrastruktur və iqlim fəaliyyətləri kimi siyasi risk daşımayan 60-dan çox texniki bənd üzrə razılıq əldə ediblər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər